Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qadınları zorlayın” deyən bloqeri hansı cəza gözləyir? - “Sosial şəbəkələrdə "dəlilər" kifayət qədərdir"
Tarix: 12-07-2021 | Saat: 17:22
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər


Sosial şəbəkələrdə "Pantural" ləqəbi ilə tanınan bloqer "Qadınları zorlayın!" deyə çağırış edib.

O, həmcinslərinə çağırış edib ki, ictimai yerlərdə onların şəhvət hissini oyadan qadınlara qarşı seksual xarakterli zorakılıq etsinlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda artıq həmin bloqerin şəxsiyyəti müəyyən edilib və araşdırma aparıldığı deyilib.

Sosial şəbəkələrdə tez-tez əks-cinsin nümayəndələrinin qadınlara qarşı zorakılıq çağırışları etmələrinə şahid oluruq. Bəs, ictimai qınaq baxımından və hüquqi müstəvidə belə hallara qarşı nə kimi tədbirlər aparıla bilər?

Bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Fazil Mustafa danışıb:

“Sosial şəbəkələrdə belə "dəlilər", anormallar kifayət qədər var. Belə mövzularda ən çox söyüş söyənlər isə din adı altında fəaliyyət göstərən insanların içərisindən çıxır. Həmin tip insanlar hansısa fikri qəbul etməyəndə söyüş söyməyə başlayırlar. Hər şeyə söyüşlə cavab verirlər. Provakativ addımlarla özünün sosial şəbəkələrdə mazaxist düşüncələrlərini həyata keçirən insanlar tapılır. Belə insanların tapılıb, cəzalandırılması vacibdir. Çox güman ki, bu istiqamətdə hüquq- mühafizə orqanları üzərinə düşən borcu yerinə yetirəcək. Belə çağırışlar edən insanların bu kimi halları inkişaf etdirməsinə yol verilməməlidir. Cinsi ayrı-seçkilik, zorakılığın təbliğ olunması ilə bağlı Cinayət Məcəlləsində müvafiq maddələr var. Həmin madddələr üzrə məsələ müzakirə olunub, əgər sübuta yetirilərsə, məhkəmə tərəfindən uyğun qərarlar verilə bilər”.

Məsələyə hüquqi müstəvidə necə qiymət verilə biləcəyinə dair sualı isə vəkil Roman Qaraşov cavablandırıb:

"Sözügedən davranış konkret olaraq cinayət tərkibi yaradan əməldir. Cinayət Məcəlləsində kütləvi iğtişaşlarla bağlı maddə var ki, bu, ictimai qaydaların, təhlükəsizliyin kobud sürətdə pozulması sayılır. Cinayət Məcəlləsinin 220 - ci maddəsində kütləvi iğtişaşlarla bağlı müddəalar var. Bu zaman 4 ildən 12 ilədək azadlıqdan mərhum etmək cəzası nəzərdə tutulur. Bu maddədəki hərəkətlər zorakılıqların olunmasına, ümimiyyətlə, cəmiyyətin birgə yaşayış qaydalarının pozulmasına doğru çağırışlar edilməsini ehtiva edir. Bunun özü də qadınların istismar olunmasına çağırış olunmasıdır. Yaxud sözügedən əməl qaydaların pozulmasına yönələn hərəkətlərə çağırışlar etmək kimi də qiymətləndirilə bilər. Bu da 233 - cü maddədə öz əksini tapır. Burada da ictimai qaydaların pozulmasından söhbət gedir. Bu da öz növbəsində cəmiyyətin birgə yaşayış qaydalarıdır. Burada da şəxsin 3 ilədək azadlıqdan mərhum edilməsi nəzərdə tutulur.

Törədilən əməlin xarakterindən, ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, şəxsin əməlində hansı maddənin tərkibi olarsa, buna müvafiq olaraq cəzalar müəyyənləşdirilə bilər. Təkcə qadınlar deyil, kişilər də zorakılığa məruz qala bilər. Ona görə də burada cins ayrımcılığı yoxdur. Sırf kateqoriya yoxdur ki, qadına qarşı zoraklığı təbliğ edəndə bu, kişiyə, uşağa qarşı ediləndə digər maddələr var. Qeyd etdiyim maddələrlə şəxs cinayətə cəlb oluna bilər".


Xəbəri paylaş

4048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___