"Ağrılı uşaqlıq dövrü keçmişəm. Mən yaşıdlarımla oturub onlar kimi söhbət edə bilmirdim. Birdən-birə böyümüşdüm. Hərdən mənə elə gəlirdi, anadan bu yaşda doğulmuşam. Çox təzadlı bir ailədə dünyaya gəlib böyümüşəm. Atam yaxşı işdə işləyirdi. Qazancı da əla idi, amma biz o pulu görmürdük".
Bu barədə "Bakupost"a müsahibəsində Xalq artisti Könül Xasıyeva danışıb. O bildirib ki, atasından gördüyü şiddət və travmalar həyatına böyük təsir edib:
"Yeyib-içən kişi olub. Bütün qazancı içki masalarında, eyş-işrətdə xərclənib. Demək olar ki, hər gün içir, evə gələndə də anamı, bizi döyürdü. Mənəvi çox zərbələr almışam. Atam anamı hər döyəndə mən gedib o dünyanı görüb qayıdırdım. Evdə altı uşaq olmuşuq. Atamızın varlığını hiss etmədən böyümüşük. Bacı-qardaşlarımın heç vecinə deyildi, ancaq bu vəziyyət məni həmişə narahat edirdi. Mən atama söz deməyə qorxurdum. Məsələn, küçədə döyülürdüm, gəlib deyə bilmirdim ki, filankəs məni vurdu. O saat salırdı məni təpiyinin altına. Nar çubuğu ilə döyürdü məni.
Bizim evimiz olmayıb. Bir otağımız var idi. 8 nəfər bir otaqda yatıb-dururduq. Anam həmişə deyirdi ki, kaş üç otağımız olardı. Kaş mətbəxim, isti-soyuq suyum olardı. Mən 11 yaşımdan artıq anamın arzularını həyata keçirtmək üçün çalışmağa başlamışdım. Toyda qazandığım pulu atamdan gizlədirdim. Anama da vermirdim. Bilirdim ki, döyüb əlindən alıb aparıb kiminləsə yeyib-içəcək. Özümdə saxlayırdım.
Atam pulu əlimdən almaq üçün nə qədər döyürdü, vermirdim.
Axşam toyda oxuyurdum, səhər açılan kimi "kubik bazarı"na gedirdim. "Kubik", qum alaraq gətirib qapının ağzına tökdürürdüm. Sonra əl arabası ilə daşıyırdım həyətə. Saat 6-ya kimi "kubik", qum daşıyırdım. Toy saatı yaxınlaşanda lobyalıq deyilən yer var idi, orda bədənimi soyuq su ilə yaxalayıb, paltarımı geyinib qaçırdım toya".
K.Xasıyeva yaşadığı hadisələrdən sonra uzun illər ailə qurmaqdan, kimisə sevməkdən qorxduğunu dilə gətirib:
"Elə bilirdim, bütün kişilər ailəsini döyür. Çünki gördüyüm ancaq o idi. 39 yaşımda ailə qurdum.
Atamın mənə yaşatdığı zərbələr həyatda həmişə xoşbəxt olmağıma mane oldu.
Bir bacımı gənc yaşda xərçəng xəstəliyindən itirdim. 30 yaşımdan bəri hər növ xəstəliklə mübarizə aparıram. Bütün bunların səbəbkarı atam olub".
İfaçı həyatında verdiyi yanlış qərarından da söz açıb. O bildirib ki, 3 dəfə intihara cəhd edib:
"Üç dəfə intihara cəhd etmişəm. Birinci intihar cəhdimdə Kazım yanımda idi. Dənizə getmişdik, özümü orada boğmaq istədim. Bir polis məni qolumdan tutub qurtardı. İki dəfə də dərman içmişəm. Dərman içməkdən, xəstəxana palatalarından, haqsızlıqlardan çox yorulmuşam".
"Atam pulunu içkiyə xərcləyib, evə gələndə də bizi döyürdü" - Xalq Artisti
Tarix: 09-07-2021 | Saat: 19:38
Bölmə:Karusel / Şou-Biznes / Məşhurların Taleyi | çapa göndər
Xəbəri paylaş
3638 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-07-2021 | Saat: 19:38
Bölmə:Karusel / Şou-Biznes / Məşhurların Taleyi | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
29-10-2016, 09:44
Zəngilanın işğalından 23 il ötür
1-03-2016, 11:05
Bu gün od çərşənbəsidir
1-07-2015, 21:48
İki nəfər dənizdə batdı
23-07-2018, 19:48
Erməni mahnısı səsləndirən DJ həbs edildi - Nabranda
20-06-2023, 11:17
Ev almaq istəyənlərə ŞAD XƏBƏR - Ucuz evlər satışa çıxarıldı - QİYMƏTLƏR
11-03-2017, 11:59
Canlı "Hipofiz Adenoması" əməliyyatı- Uzman doktor Tural Rəhimli+ video
19-08-2016, 08:34
Lənkəranda izdiham... - Fotolar
25-04-2016, 20:25
Nazir Yuri Daşkinə cəbhədəki son olaylardan danışdı
15-02-2018, 18:13
Müəlliməni oğurlayıb zorlayan şəxslərlə bağlı YENİ XƏBƏR
20-05-2018, 09:58
Bu gün I və IV qruplar imtahan verir