Dünyanın ən bahalı dərmanları
Tarix: 24-03-2015 | Saat: 15:51
Bölmə:Karusel / Səhiyyə / Maraqlı / M2 / Araşdırma | çapa göndər
Bəzi aztapılan dərmanlarla müalicə kursunun illik xərci xəstəyə yüz minlərlə dollara başa gəlir. Forbes jurnalı dünyanın ən bahalı dərmanlarının siyahısını tərtib etmişdir.
Jurnalın məlumatına görə, dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min dollara başa gəlir. Soliris immun sisteminin unikal pozğunluğundan əziyyət çəkənlərə yardım edir. İnsan yatanda onun qanında qırmızı qan hissəcikləri (paroxysymal nocturnal hemoglobinuria) parçalanır. Dərman bazara iki il öncə daxil olub.
Soliris dərmanının yazıldığı immun sisteminin pozulması xəstəliyindən ABŞ-da 8 min insan əziyyət çəkir. Bu dərmanın satış həcmi 2009-cu ildə 300 milyon dollara çatıb.
Jurnal qeyd edir ki, xəstəlik nadir olduqda onun dərmanı da baha olur. ABŞ-da cəmisi 500 nəfər Hantera sindromu kimi tanınan genetik xəstəlikdən əziyyət çəkir. Bu xəstələr üçün hazırlanmış Elaprase dərmanının illik xərci 375 min dollardır. Shire Pharmaceuticals şirkəti tərəfindən işlənmiş Elaprase dərmanı ötən il təkcə ABŞ bazarlarında 353 milyon dollar həcmində satılıb.
Daha bir nadir preparat BioMarin Pharmaceuticals şirkətinin istehsalı olan Naglazyme dərmanıdır. Bu dərman xəstəyə ildə 365 min dollara başa gəlir.
Ən bahalı dərmanlar siyahısında müalicə kursu 200 min dolla olan 9 adlı dərman daxil edilib.
Xəbəri paylaş
8608 dəfə oxunub.
Digər xəbərlər

30-04-2016, 12:12
“Atam bacımı övladlığa verib“ - Vüsalədən etiraf
18-04-2017, 17:01
“Yoldaşım dedi ki, qızımızı bataqlığa soxdun” - Roza Zərgərli
22-08-2015, 15:07
Polis oğlanı öldürdü, insanlar ayağa qalxdı - FOTO
23-04-2022, 11:12
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: "Kamaz"la "BMW" toqquşdu
25-09-2021, 11:19
Məşhur professordan MARAQLI TÖVSİYƏ: Yatağın altına sabun qoyun
7-05-2016, 16:40
Rusiya vətəndaşları Putinin fəaliyyətini qiymətləndirib – Sorğu
11-01-2023, 15:09
Daha bir məktəb direktorunun VİDEOSU yayıldı
25-07-2017, 23:06
“Qarabağ” “Şerif”lə bacarmadı
7-07-2015, 00:37
Gec yaşda ərə gedənlərə ŞAD XƏBƏR