Yay mövsümü avtomobil bazarı üçün adətən canlanma ilə xarakterizə olunur. Bu il isə mənzərə tam fərqlidir. Bazarda alıcılıq olduqca aşağıdır. Sedanlarla yanaşı SUV-ların da alıcısı yoxdur. Avtomobil axtaranlar isə qiymətlərin yüksək olduğunu deyir.
Satan çox, alan isə demək olar ki, yoxdur. Paytaxtın maşın bazarında bu gün də satışa xeyli avtomobil çıxarılsa da alıcılıq olduqca aşağı olub.
Havanın isti olması ilə avtomobilini sata bilməyənlər bazarı daha da tez tərk etdilər. Satıcılar alıcılığın aşağı olduğunu deyirlər.
Ai 95 markalı benzinin qiymətinin qalxması isə bu benzinlə işləyən avtomobillərin qiymətinə təsir etməyib. Belə avtomobilləri satanlar deyir ki, bu maşınlara tələbat da, qiymət də əvvəlki kimidir.
Xüsusilə yay aylarında daha çox tələbin artdığı suv tipli avtomobillərə də alıcı tapılmır. Avtomobil sahibləri deyir ki, bir neçə həftədir ki, maşınlarını sata bilmirlər.
Alıcılar isə bəzi marka avtomobillərin qiymətinin hədsiz şişirildiyini və buna görə də baha olduğunu deyirlər. Lakin xarici ölkələrdən gətirilən yeni modellərin sayının artması ilə bu tip maşınların qiyməti demək olar ki, əvvəlki qaydada qalıb.
Alıcılığın payız mövsümünə dogru normallaşacağı gözlənilir.
Maşın bazarında durğunluq yaşanır - Qiymətlər isə “əl yandırır” - VİDEO
Tarix: 05-07-2021 | Saat: 11:02
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
4838 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-07-2021 | Saat: 11:02
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
10-06-2016, 23:27
Cəbəllütariq: “Britaniyanın tərkibində qalacağıq”
23-06-2018, 13:46
Nazirlikdən xəbərdarlıq: güclü külək, şimkək, yağış...
9-11-2017, 11:05
Siyavuş Novruzov: “Cenifer Lopesə dövlət büdcəsindən maaş verirlər? Şakira məktəb, bağça tikdirir” - MÜSAHİBƏ
24-08-2015, 21:28
Gəncədə 29 yaşlı qadın bacısı qızı ilə birgə yoxa çıxdı - FOTO
18-04-2022, 09:37
Bakı Dairəvi yolunda 4 maşın toqquşub, xəsarət alan var - VİDEO
2-06-2015, 01:44
Gənc qız dönmə əməliyyatını düzgün yerinə yetirməyib.(FOTO)
7-05-2016, 11:32
Bu müəllimlər iş yerini imtahansız dəyişə bilər
27-02-2016, 14:16
Azərbaycan nefti kəskin bahalaşdı