Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xankəndində atası rus sülhməramlı, anası erməni uşaqlar artacaq
Tarix: 02-07-2021 | Saat: 11:11
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər


Aprel ayında Xankəndi sakini, 25 yaşlı Qayane Qrantovna Arzumanyanın Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığına müraciəti olmuşdu. Arzumanyan rusiyalı sülhməramlıdan hamilə qaldığını, bətnindəki uşağın atasını axtardığını demişdi.
Bəlli olmuşdu ki, bu ilin yanvarın 4-də Q.Arzumanyan Xankəndində xidmət çəkən rusiyalı sülhməramlı, baş leytenant Artyomla tanış olub.
"Artyomla iki həftə görüşdük. Sonra o, nə mesajlarıma, nə də telefon zənglərinə cavab verdi. Ondan hamilə qalmışdım. Özünə dedim", - Q.Arzumanyan söyləmişdi.
Qayane Arzumanyan indi hamiləliyin 6-cı ayındadır. O, hələ də Artyomu arayır.
Arzumanyanlar ailəsi isə bildirirlər ki, Qarabağdakı rüsiyalı sülhməramlı kontingentin komandanlığı aradıqları baş leytenant Artyomla bağlı heç bir məlumat vermirlər, bu zabitin harada olduğunu söyləmirlər.

"Çox yəqin onu artıq Qarabağdan çıxarıb Rusiyaya qaytarıblar, yerinə də başqa zabiti gətiriblər", - Qayanenin atası Hovanes Arzumanyan söyləyib.
Qarabağlı erməni qadınların rusiyalı sülhməramlılarla "amur" macəraları bununla bitmir.
Ermənilərin sosial şəbəkələrdə yazdıqlarına görə, hazırda Xankəndində onlarla, bəlkə də yüzlərlə erməni qadın rusiyalı sülhməramlılardan hamilə qalıblar.
Onların bəziləri bu "eşq əhvalat"larını ərlərindən və ailələrindən gizlədir, bəziləri isə bətnlərində daşıdıqları körpənin atasının "cavab verməsi"ni istəyirlər.
Eyni situasiya Ağdərədə, hətta Əsgəranda da müşahidə olunur.
Ağdərədə 2, Əsgəranda bir erməni qadının rusiyalı sülhməramlılarla "eşq məcarası"ndan övlad dünyaya gətirəcəkləri vurğulanır.
Ermənistan mediası bu barədə yazmır və məlumat vermir, rəsmi İrəvan isə ümumiyyətlə, heç nə baş vermişmiş kimi davranır.
Problem isə var.

Qarabağlı ermənilər etiraf edirlər ki, həddən artıq ağır və məşəqqətli həyat şərtləri onların qadınlarını belə davranışlara vadar edir.
Rusiyalı sülhməramlılarla münasibətlər quran qarabağlı erməni qadınlar və qızlar isə çıxılmaz vəziyyətdə qaldıqlarını, ailələrində qıtlıq, yoxsulluq və faktiki yarıac durumun yaşandığını deyirlər.
Onlar deyirlər ki, belə davam edərsə, Xankəndində atası rus sülhməramlı, anası erməni uşaqlar artacaq.


Xəbəri paylaş

3358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___