Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məşqçi: Cavidin yoxluğu bizim üçün itkidir
Tarix: 11-08-2015 | Saat: 12:22
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Məşqçi: Cavidin yoxluğu bizim üçün itkidir
“Bu haqda çox danışmaq olmaz”.

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində adı hallanan “Qəbələ”nin kapitanı Cavid Hüseynovun komandadan kənarlaşdırıldığını xəbər vermişdik.

Xeberaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən Topaz Premyer Liqasının 2015/2016 mövsümünün ilk oyununda “Qarabağ”la qarşılaşan və 2:2-lik heç-heçə edən “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da Cavidlə bağlı danışıb.

O, CBC kanalına açıqlamasında bunları deyib:

“Bizim üçün itkidir. Çünki bu mərhələdə o bizim əsas oyunçumuz idi. Lakin biz başa düşürük ki, bu haqda çox danışmaq olmaz. Siz soruşdunuz, mən cavab verdim. Lakin biz heç yerdə bununla bağlı gileylənməməliyik, danışmamalıyıq.

Çünki yüksək nəticə əldə etmək istəyən komandanın hər hansı oyunçusu əvəzedilməz olmamalıdır. Hər komanda da elə oyunçular olmalıdır ki, onlar lazımi anda sahəyə çıxsınlar, əvəz edə bilsinlər. Düşünürük ki, bizdə də belə olacaq”.


Xəbəri paylaş

6038 dəfə oxunub.

Digər xəbərlər
19-05-2017, 23:24 Xalın çoxdursa...

bütün xəbərlər
____ Instagram ___