Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda RƏZALƏT: Qohumları azyaşlını döyərək... - VİDEO
Tarix: 30-06-2021 | Saat: 11:20
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər


Bakının Nəsimi rayonu ərazisində qohumları tərəfindən dilənməyə məcbur edilən və fiziki zorakılığa məruz qalan azyaşlı aşkarlanıb. Xalası və digər qohumları 9 yaşlı Ümidi dilənməyə, avtomobillərin təkərlərini qaraltmağa məcbur edib, qazancını əlindən alıblar. O isə bunu etmək istəmədiyinə, az pul qazandığına görə döyülüb və evdən qaçaraq sığınacağa pənah aparıb.
Cəmi 9 yaşı var. Başına gələnlər isə onu yaşından daha tez böyüdüb.
Ümid Şərifov valideyn himayəsindən məhrum olmuş yüzlərlə uşaqdan biridir. Atası, dediyinə görə həbsdədir, anasının yerini isə özü də bilmir. Xalası və xalasıqızı ilə birlikdə qalan Ümidin qohum sarıdan da bəxti gətirməyib. O, dilənməyə və işləməyə məcbur edilib.
Ümidin sözlərinə görə, bəzən qazandığı pul az olanda şiddətə də məruz qalıb. Qohumları onu döyüb təhqir edirmiş.
Həmyaşıdları kimi ana-ata əlindən tutub məktəbə getmək yaşında olsa da, o, əl açaraq dilənib. Özü balaca, ürəyi böyük olan müsahibimizin anasından ötrü darıxdığı günlər çox olub. Tək təsəllini ona zəng vurub səsini eşitməklə tapırmış.
Adı kimi ümidləri çoxdur bu balaca oğlanın. Ana nəvazişi və qayğısından nə qədər məhrum olsa da, içindəki ana sevgisi tükənmək bilmir.
Qohumlarının ona qarşı olan zülmünə tap gətirməyən Ümid çarəni evdən qaçmaqda görüb. Küçələrə düşən Ümid polisə müraciət edib, onlardan sığınacağa yerləşdirilməyini xahiş edib.
Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilən Ümidlə hazırda reablitasiya işləri aparılır.
Qeyd edək ki, Ümid 4 yaşında olarkən də baxımsızlıq ucbatından polis tərəfindən küçədə tapılaraq sığınacağa yerləşdirilib. Daha sonra anası uşağa baxacağına, onu diləndirməyəcəyinə söz verərək uşağı sığınacaqdan alıb.



Xəbəri paylaş

5598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___