Toyuğun dərisini yeməyin! ZİYANLARI
Tarix: 28-06-2021 | Saat: 13:47
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Xəbəri paylaş
2868 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-06-2021 | Saat: 13:47
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Zülallar və vitaminlərlə zəngin olan toyuq əti çox faydalı və diyetik məhsul sayılır. Lakin bunu əsasən təbii şəraitdə yetişdirilmiş toyuqlara aid etmək olar.
Toyuğun ən faydalı hissəsi döş əti sayılır. Onun tərkibində yağlar daha az, zülallar isə daha çoxdur. Zülallar gec həzm olunur və bu da insana daha uzun müddət ərzində özünü tox hiss etməyə imkan verir. Məhz bu səbəbdən toyuğun döş əti müxtəlif pəhrizlərdə çox geniş istifadə olunur.
Toyuğun ən ziyanlı hissəsi dəridir. Diyetoloqlar və həkimlər toyuğun bu hissəsini qəbul etməyi tövsiyə etmirlər. Bunun bir neçə səbəbi var:
- dəri yağlarla zəngindir və kalorilidir. Bu isə çəkisi artıq olan, qanda xolesterinin səviyyəsi yüksək olan insanlar üçün ziyanlıdır. Yüksək xolesterin damarların sağlamlığına mənfi təsir edir, insult və infarktın riskini artırır.
- dəri çətinliklə həzm olunur. Bu xüsusilə həzm sistemində pozulmaları olan insanlar üçün ziyanlıdır.
- toyuqların yetişdirilməsi zamanı (söhbət əsasən "broyler" toyuqlarından gedir) cüzi miqdarlarda olsa da müxtəlif kimyəvi maddələrdən istifadə olunur (hormonlar, antibiotiklər və s.). Bu maddələr əsasən toyuğun dərisində və piyində toplanır. Bu səbəbdən toyuğun dərisini və görünən piyi istifadə etməyin, toyuğu bişirmək üçün təmizləyəndə bu hissələri kəsib tullayın.
Xəbəri paylaş
Digər xəbərlər
19-04-2022, 16:56
"Tərtər işi"nə görə axtarışda olan gizir - FOTO
25-05-2017, 17:10
Məşhur müğənni 6 gündə iki ərini itirdi
25-03-2020, 15:31
İranda işləyən azərbaycanlı həkim koronavirusdan DANIŞDI
19-08-2015, 16:17
Gözaltı qaralmalar niyə yaranır?
11-07-2015, 18:37
Azərbaycanlı hakim Ermənistan klubunun oyununda
15-03-2019, 08:31
Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır
5-04-2019, 12:34
Bakıda həbsxanada dava olub - RƏSMİ MÜNASİBƏT
27-11-2015, 21:22
Əmisi oğlunun evini yaran şəxs: O adamı qaçırtmaq istəyirdik - VİDEO
9-04-2017, 00:42
Tanınmış aktyor və rejissor Elçin Cahangirli veriliş açdı:Möhtəşəm qonaqlar Foto+Video
2-02-2022, 10:05
Azərbaycana gətirilən maşınların aksiz vergi dərəcələri artırıldı