Paytaxtdakı anomal istilər sakinlərin iş qabiliyyətində iz buraxır.
Bu barədə rusiyalı terapevt Nadejda Çernışova məlumat verib. Həkim qeyd edib ki, istidə insanların iştahası öz-özünə azalır. Odur ki, bədənin bu siqnallarına etibar etmək lazımdır.
Terapevt isti havada gümrah qalmağa kömək edəcək qidaları açıqlayıb:
“Bu günlərdə menyuda yüngül yeməklər üstünlük təşkil etməlidir. Soyuq tərəvəz şorbalarına, vegetarian yeməkləri, az yağlı toyuq və balıq yeməklərinə üstünlük verin. Ağır ətli qidaların yanında ədviyyatlı xörəklər yemək də məqsədəuyğun deyil. Onların bədəni istiləndirmək xüsusiyyəti var, istidə soyuq yeməklərə daha çox ehtiyacımız var. Məsələn, dovğa, doğramac, müxtəlif salatlar və soyuq şorbalar, smuzi və ya dondurma.
Bununla birlikdə boğaz ağrısı və ya səs tellərinin iltihabının qarşısını almaq üçün soyuq qidalar və içkilərlə ehtiyatlı olmaq lazımdır. Əsasən heç bir qatqısı olmayan su içməyə çalışın. İstidə ən yaxşı içki çox soyuq olmayan adi sudur.
İsti havada qəhvə və çaydan da çəkinmək lazımdır. Məsələ burasındadır ki, bu cür içkilər isti havada onsuz da su çatışmazlığı yaşayan orqanizmdən mayenin atılmasını sürətləndirir. Bundan əlavə, itsi içkilər ürək ritmini sürətləndirir ki, bu da belə havalarda son dərəcə arzuolunmazdır, ürək-damar sistemi onsuz da artan stress altındadır”.
Ödemin qarşısını almaq üçün Nadejda Çernışova hərəkətdə olmağı, iş yerində ən azı 1 saat fasilə verməyi və ya mümkün qədər gəzməyi məsləhət görür. Hər kəsin belə uzun müddət gəzmək imkanı yoxdur, amma hərdənbir ayağa qalxmaq heç nədən daha yaxşıdır”.
İstinin mənfi təsirlərini azaltmağın yolları
Tarix: 25-06-2021 | Saat: 11:02
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
3128 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-06-2021 | Saat: 11:02
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
29-11-2022, 12:18
Ölkəmizin adını dəyişib, belə qoyaq - Deputatdan şok
18-09-2020, 19:39
Bu tələbələrə 250 manat təqaüd verilə bilər
26-05-2016, 20:12
“Cavid Qurbanov doğru deyir...”
9-12-2016, 13:58
TƏCİLİ - Bakıda obyektin damı uçub, xəsarət alanlar var
3-01-2017, 17:38
Oğul anasını döyüb öldürdü - Gədəbəydə
26-02-2017, 23:22
Putinlə Nazarbayev xizək sürdü
30-08-2016, 14:20
Aygün Bəylərin qohumunun basdırıldığı yerin və qatillərin fotoları yayıldı - RƏSMİ - YENİLƏNİB
11-01-2019, 15:20
Bakının bu mərkəzi rayonlarında su olmayacaq
11-09-2023, 14:55
Çox güclü sakitləşdirici təsirə malik bitki - 1 DƏMLƏMƏDƏ ŞƏFA verir