Alimlər: İnsanın rəng duyumu mövsümdən asılı olaraq dəyişir
Tarix: 10-08-2015 | Saat: 22:39
Bölmə:Karusel / Maraqlı / Fotogalereya | çapa göndər
Tədqiqat aparılıb.
Göy, yaşıl, sarı və qırmızı rənglərin qarışığından istənilən rəngi əldə etmək olar. Böyük Britaniyanın York Universitetinin alimləri iyun və yanvar aylarında 67 könüllünü testdən keçirərək müəyyən ediblər ki, insanın gözləri bəzi rəngləri müxtəlif cür qavrayır. Məsələn, bahar və yay ilə müqayisədə payız və qışda sarı tonlar bizə daha parlaq görünür.
Xeberaz.az AzərTAc-a istinadla xəbər verir ki, bu məlumatlar “Current Biology” jurnalında dərc olunub.
Tədqiqatçılar könüllüləri qaranlıq otağa salaraq, qaranlığa öyrəşmələri üçün onlara vaxt veriblər. Sonra xalis sarı rəng görənə qədər rəngdəyişən kolorimetr işə salınıb. Yayda könüllülərin böyük əksəriyyəti yaşılımtıl sarı rəng görüblər. Qışda qırmızı qatışığı olan sarı rəngi xalis sarı rəng hesab ediblər.
York Universitetinin mütəxəssisi Loren Uelbornun fikrincə, fəsil dəyişən zaman görmə qabiliyyətimiz ətraf mühitdə baş verən dəyişikliklərə öyrəşir. Bu, gözün tor qişasının ilin isti aylarında çoxlu yaşıllığa alışması səbəbindən baş verir.
Xəbəri paylaş
6258 dəfə oxunub.
Digər xəbərlər

4-09-2016, 09:59
Saçların yağlı olmasının SƏBƏBLƏRİ
30-08-2015, 15:30
“Mercedes” və “Mitsubishi” maraklı avtomobillərin toqquşdu Türkiyə vətəndaşı ölüb - FOTO
21-10-2022, 11:05
`Əyalət oliqarxı` Leysanov haqda İLGİNC İDDİALAR... - Belə deyirlər...
5-06-2016, 18:02
İsveçrəlilər aylıq 2500 maaşdan imtina etdi
12-04-2022, 10:54
Evdə üzərlik yandırmağın sağlamlığa FAYDALARI
18-07-2018, 17:07
Ruslan Rəhimova gəlin dəstək olaq - VIDEO
8-12-2019, 02:16
Məşhur model günəşlənərkən görüntülənib - Fotolar
8-04-2022, 09:32
Bakıda mağazada qızıl adı ilə dəmir boyunbağı satılıb - VİDEO