Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İmmunitetinizi payıza qədər gücləndirin. MÖCÜZƏLİ QARIŞIQ
Tarix: 19-06-2021 | Saat: 12:21
Bölmə:Karusel / Səhiyyə | çapa göndər


İnsanın immun sistemi mükəmməl bir mexanizmdir.
İmmun sistemimiz bizi istənilən infeksiyadan, virusdan, mikrobdan, hətta xərçəngdən qoruya bilər. Hər gün insanın orqanizminə havadan, qidadan, sudan və s. müxtəlif mikroblar, viruslar və s. daxil olur və əksər hallarda bizim immun sistemimiz onları məhv edir və insan xəstələnmir. Hər gün insan orqanizmində xərçəng hüceyrələri əmələ gəlir və immun sistemimiz onları zərərsizləşdirir.
Lakin immun sistemin etibarlı fəaliyyəti üçün onu daim möhkəmləndirmək lazımdır. Bunun üçün müxtəlif vasitələr mövcuddur. Oxuculara immun sistemini gücləndirən qədim qarışığın reseptini təqdim edirik.
Lazım olan məhsullar:
- kişmiş - 1/2 stəkan
- ərik qurusu - 1/2 stəkan
- qara qavalı qurusu - 1/2 stəkan
- xurma - 1/2 stəkan
- qoz - 1/2 stəkan
- limon - 2 ədəd
- bal - 150 qr
Quru meyvələri yaxşı yuyuruq. Xurmadan çəyirdəkləri çıxardırıq. Quru meyvələr, limonlar (qabıqlı), qoz  blenderdə əzilir, bal əlavə olunur və yaxşı qarışdırılır.
Qarışığı sərin qaranlıq yerdə 2 gün ərzində saxlayın. Daha sonra bu qarışığı gündə 3 dəfə 1 xörək qaşığı olmaqla yeməkdə 30 dəqiqə əvvəl qəbul edin. Uşaqlar gündə 3 dəfə 1 çay qaşığı qəbul edə bilərlər.



Xəbəri paylaş

4268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___