Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlanıldı
Tarix: 18-06-2021 | Saat: 10:26
Bölmə:Karusel / Hadisə | çapa göndər

FHN Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan Ordusunun zabiti göldə boğulub. Kapitan İlham Fərzəliyev bu gün Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun göldə çimərkən boğularaq həlak olması ilə bağlı məlumatı təsdiq ediblər.
Bildirilib ki, faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbəri paylaş

3208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___