Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Peyvəndlər uşaq sahibi olma qabiliyyətinə mənfi təsir edə bilərmi?
Tarix: 15-06-2021 | Saat: 19:07
Bölmə:Karusel / Səhiyyə | çapa göndər


Koronavirus peyvəndi də daxil olmaqla hər hansı bir peyvəndin qadınlarda və ya kişilərdə fertilliyə  təsir edə biləcəyinə dair bir dəlil yoxdur.
Bu barədə "Rospotrebnadzor"un (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) saytında məlumat verilib.
Qurumdan bildirilib ki, koronavirusa qarşı Rusiya peyvəndlərinin nəsillərə təsirini qiymətləndirmək üçün ilk növbədə laboratoriya heyvanları üzərində lazımi testlərdən keçilib və heç bir mənfi nəticə aşkar edilməyib.
"Hazırda uşaq sahibi olmaq istəyirsinizsə, COVID-19-a qarşı peyvənd olunduqdan sonra hamilə qalmaqdan çəkinmək lazım deyil", - deyə "Rospotrebnadzor"dan əlavə edilib.
Qurumdan o da vurğulanıb ki, bu vəziyyətdə mövcud olan preparatla vaksinasiyadan keçmək ən məqbuludur, ancaq xroniki xəstəliklər halında peyvənd seçimi ilə əlaqədar həkimlə məsləhətləşməyə dəyər.


Xəbəri paylaş

3148 dəfə oxunub.

Digər xəbərlər
4-05-2016, 00:35 İŞİD-in bazası vuruldu

bütün xəbərlər
____ Instagram ___