Bakıda oğurluq: Yaşlı qadının çörəyini yeyib, pulunu oğurladı - VİDEO
Tarix: 14-06-2021 | Saat: 12:38
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Yaşlı qadının bankomatdan pul çıxartdığını görən dələduz onun əlindəki zənbili alaraq kömək etmək istədiyini bildirib. Qadınla birgə mənzilə gələn fırıldaqçı ac olduğunu deyərək yemək yeyib, çay içib. Daha sonra isə qadının çantasında olan pulunu - 326 manatı götürərək aradan çıxıb. Polis indi həmin şəxsi axtarır.
Hadisə Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, bina 27-də baş verib. 81 yaşlı Elmira Əzimova evinə bazarlıq edib qayıdan zaman bankomatdan pul da çıxarıb. Bunu görən dırnaqarası qəhrəman həmin dəqiqə ona yaxınlaşaraq kömək etmək istədiyini bildirib. Qadının əlindəki zənbili götürən həmin şəxs onunla birgə evə gəlib.
Qadın mətbəxdə yemək hazırlayan zaman bir neçə dəqiqəlik otaqda tək qalan gənc oğlan yaranmış fürsəti əldən verməyib. Qarnını doyurmaq üçün gözləyərkən cibini də doldurub.
Ailəsi və övladı olmayan Elmira xanı, tək yaşayır. Aldığı təqaüdlə dolanışığını təmin edir. Növbəti aya kimi evinə bazarlıq etməsi üçün onun bu pula çox ehtiyacı var.
Qeyd edək ki, həmin şəxsin görüntüsü yaşlı qadın ilə birgə binanın 1-ci mərtəbəsində yaşayan sakinlərdən birinə aid kameraya düşüb. Artıq bütün materiallar Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə təqdim edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev isə "XəzərXəbər"ə bildirdi ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Xəbəri paylaş
2718 dəfə oxunub.
Digər xəbərlər

30-05-2016, 20:43
9 sürücü saxlanıldı - Reyd
10-04-2016, 20:21
Koreyadakı azərbaycanlılar Ermənistanın təxribatına etiraz edib
21-06-2021, 10:55
Çayı qənd, bal və limonla içmək olmaz - Zərərləri
15-02-2016, 11:10
YAP yaşlı nəslin nümayəndələrinin üzvlüyə qəbulunu dayandırıb - RƏSMİ
5-12-2022, 10:59
Tanınmış rəqqas intihar etdi - FOTO
10-05-2017, 17:24
Müəllimin ölümcül döydüyü şagirdin məhkəməsi - 12 uşaq üzünə durdu
26-08-2017, 11:14
Çay bu 7 XƏSTƏLİYƏ ÇARƏDİR
2-06-2021, 11:02
Kredit borcu olanlara ŞAD XƏBƏR
17-03-2017, 11:10
Əhəd Abıyev yenə də rinqə çıxdı - Fotolar