Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bayram Nurlu cinsini dəyişməsi barədə danışdı;''Mən insanlara bu obrazlarla maraqlıyam".
Tarix: 14-06-2021 | Saat: 10:15
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


Bir müddət əvvəl yerli KİV-lərdə ekstrasens, İnstagram fenomeni Bayram Nurlunun cinsini dəyişməsi barədə xəbərlər yayılıb.
Ekstrasens yayılan xəbərlərin əsassız olduğunu bildirib.
"Bu cür xəbərlərin heç bir əsası yoxdur, bunlar ancaq şayiədir. Əgər mən həqiqətən də cinsimi dəyişmək istəsəydim utanmadan, qorxmadan çıxıb açıqlama verərdim. Ancaq mənim elə bir planım və fikrim yoxdur. Reytinq üçün 3 dəfə qadın obrazı ilə çıxış etsəm də, mütləq 2 dəfə kişi obrazı ilə görünürəm. Mən insanlara bu obrazlarla maraqlıyam".
Bayram Nurlu cəmiyyət arasında çaşqınlıq yaradan, əsassız xəbərlərin yayılmasına səbəb olan yeni obrazından da danışıb.
"Qeyd edim ki, hazırkı imicim tezliklə işıq üzü görəcək "Mənim dünyam" adlı yeni mahnımın klipi üçün nəzərdə tutulub. Klip Avropa sayağı bir ekran işi olacaq. Orada müxtəlif qadın və kişi obrazları var. Bu səbəbdən də mən yeni imicimi  gizli saxlamaq üçün son zamanlar efirlərdə görünmürdüm. Görünür, yeni imicim insanlar tərəfindən birmənalı qarşılanmayıb".
Fenomen hər zaman xeyriyyəçilik işləri ilə məşğul olduğunu da bildirib. O, jurnalistlərin çox vaxt onun yaxşı əməllərini işıqlandırmadıqlarını, onu ancaq əsassız xəbərlərlə gündəm etdiklərindən də şikayət edib.
"İnandırım sizi mən uşaqlar evinə də gedirəm, qazilərə də yardım edirəm. Pandemiya dövründə o qədər xalq artistlərinə yardım etdim, ancaq media çox vaxt mənim yaxşı əməllərimi işıqlandırmır. Məni gündəmə ancaq bu cür xəbərlərlə gətirirlər. Mən bir az həssas insanam, bu cür hadisələr mənə təsir edir".


Xəbəri paylaş

6438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___