Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarı ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələb ləğv olunub. Lakin bu o demək deyil ki, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməmək olar.
Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
"Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli qərarına əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) mütləq istifadə edilməlidir.
Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlardan qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etmələrini xahiş edir və ümid edirik ki, hər birimiz məsuliyyətli olmaqla koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara riayət edəcəyik", - deyə qeyd olunub.
Nəqliyyatda maskalardan istifadə ilə bağlı xəbərdarlıq edildi
Tarix: 11-06-2021 | Saat: 10:33
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
3818 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-06-2021 | Saat: 10:33
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
29-12-2015, 23:17
ANS bağlana bilər - FOTO
29-06-2017, 11:04
Magistraturaya daxil olan oğlanların sayı artıb - SƏBƏBİN nazir açıqladı
28-07-2018, 11:30
Sedokova Bakıda geyimi ilə diqqət mərkəzində - Fotolar
27-12-2017, 21:38
Larisa "Vicdan haqqı"dan getdi
26-06-2015, 19:44
Ədliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub
1-01-2018, 22:37
Qaxda 19 yaşlı qız nişan günü özünü asdı
13-08-2016, 10:49
Pərviz Tahir: “Mənim də düşmənlərim var....”
2-03-2016, 10:53
İlhamənin oğlundan sərt təpki: “Əli Mirəliyevə ayıb olsun”
12-11-2018, 11:36
İnstagram tənhalıq və depressiyaya səbəb olur - NİYƏ?