Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Boyumun uzun olması evlənməyə mane olur, qız mənə gəlmir, deyir ki, çox yekəsən..." - Azərbaycanın ən uzun adamı
Tarix: 08-06-2021 | Saat: 09:40
Bölmə:Karusel / Hadisə / Maraqlı | çapa göndər


Azərbaycanın ən uzun adamı Aqil Sadıqzadə sualları cavablandırıb.

- Öncə özünüzü təqdim etməyinizi istərdim.

- Mən Aqil Sadıqzadə, 31 yaşım var. Beyləqan rayonunun Birinci Aşıqlı kəndində yaşayıram.

- Boyunuzun hündürlüyü nə qədərdir?

- 2 metr 20 santimetrdir.

- Neçə yaşınızdan sonra boyunuz artdı?

- Doğulanda bütün uşaqlar kimi normal boylu doğulmuşam. 21 yaşından sonra qəfildən boyum uzanıb.

- Həkimə müraciət etmisiz boyunuzun uzun olması ilə bağlı?

- Bəli, müraciət etmişəm, amma təəssüf ki, onlar da bir çarə tapa bilməyiblər boyuma.

- Boyunuz sizi narahat edirdi deyə həkimə müraciət etdiniz?

- Bəli, əziyyət çəkirdim, narahat olurdum. Bir ayın içində uzandı boyum, bu zaman çox əziyyət çəkdim. Həkimlər hələ ki, bunun çarəsini tapmayıblar.

- Ailədə uzun boyu olan təkcə sizsiz?

- Bəli, ailədə yeganə uzunboyluyam. Bu genetik deyil. Ailədə hamıda boy normaıdır, təkcə məndə uzundur.

- Yolda sizi təəccüblə qarşılayanlar olur?

- Əlbəttə ki, məni görən hamı təəccüblənir. Soruşurlar ki, nə yeyirsiniz, nə geyinirsiniz? Bu gün bir oğlan soruşdu ki, boyunuzun uzunluğunun sirrini mənə deyə bilərsiz? Deyirəm ki, heç bir sirri yoxdur.

- Yeri gəlmişkən, geyimlərinizi hardan alırsınız?

- Ayaqqabını ala bilmirəm, ayağımın ölçüsü böyük olduğundan xüsusi tikdirirəm. Geyimlərimi də dərziyə tikdirirəm. Belə 50 manata olan geyimi 100 manata tikdirib, alıram. Bu da mənim üçün çox çətindir. Çünki hal-hazırda işləmirəm.

- Boyunuzun uzun olması sizə həyatda daha çox nəyə mane olur?

- Evlənməkdə. Qız mənə gəlmir, deyir ki, çox yekəsən! Elə olub ki, mən istəmişəm, amma o istəməyib.

- Boyu uzun olmaq yaxşıdır?

- Əlbəttə ki, yaxşıdır. Hamı işini-gücünü atıb sənə baxır, hamının diqqəti səndə olur. Məşhurluq var. Hara gedirəmsə boyuma görə yaşıl işıqdır.

- Hər-hansı film və seriala dəvət almısız?

- Bəli, əvvəllər çox olub. Təxminən 10 il əvvəldən söz açıram. Amma indi çəkilişlərim yoxdur. Vaxt var idi Atv kanalında Kəmalə Piriyeva ilə restoran reklam edirdim.

- İstəyərdinizmi yenidən filmə dəvət alasız?

- Hal-hazırda işsizəm. Ona görə də film, serial və reklamlarda çəkilmək istəyirəm. Azərbaycanda bir uzunboylu insanam, məşhur biriyəm, amma diqqətdən kənarda qalmışam. Nəsə bir çəkiliş olsa çox istərdim iştirak edim. İctimai nəqliyyatda çox əziyyət çəkirəm, mənə dövlət tərəfindən boyuma uyğun avtomobil ayrılsaydı çox yaxşı olardı.

"Boyumun uzun olması evlənməyə mane olur, qız mənə gəlmir, deyir ki, çox yekəsən..."
"Boyumun uzun olması evlənməyə mane olur, qız mənə gəlmir, deyir ki, çox yekəsən..."


Xəbəri paylaş

5288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___