Güclü küləklə müşayiət olunan leysan yağışları Şəkidə bir sıra fəsadlar törədib.
Xeberaz.az bildirir ki, ötən gün axşam saatlarından başlayaraq, ölkənin şimal-qərb bölgəsində - Balakən, Zaqatala, Qax və Şəki rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb. Güclü küləklə müşayiət edilən qısamüddətli laysan yağıb. Bölgənin dağ çaylarında suyun səviyyəsi artıb. Güclü külək br sıra ərazilərdə ağacları qırıb.
Qeyri-sabit hava şəraiti Şəkidə - Kiş, Baş Şabalıd, Baş Göynük, Aşağı Göynük kəndlərində daha çox özünü büruzə verib.
Şəkinin Kiş kəndindən dağlıq əraziyə yaylağa gedən üç nəhər kənd sakini geri qayıdarkən yolda leysana düşüblər. Kənd ərazisindən axan Qurcana çayını atla keçmək istəyən, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədov atdan yıxılaraq çaya düşüb. Çayda suyun çox olması səbəbindən A. Əhmədov suda boğularaq ölüb. Onun meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 25 yaşlı A. Əhmədovun bir müddət əvvəl ailə həyatı qurduğu bildirilir.
Güclü külək və leysan yağışları səbəbindən rayonun Baş Göynük, Aşağı Göynük və Baş Şabalıd kəndlərində bir sıra ərazilərdə irigövdəli ağaclar yıxılıb, xırda suötürücü körpülərə ziyan dəyib. Qaz, elektrik və telefon xətlərinin üstünə ağcların aşması səbəbindən infrastruktura və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
Güclü külək rayonun Birinci Biləcik kəndində, kənd sakini Asiman Telman oğlu Bədiyevə məxsus fərdi yaşayış evində dağıntılar törədib. İlkin məlumatlara görə, evin tavanı uçub, yan divarları aşıb. Bundan başqa, həyətyanı sahənin hasarı da bir neçə yerdən dağılıb.
Güclü külək və leysan yağışları səbəbindən baş verən fəsadları aradan qaldırmaq istiqamətində və dəymiş ziyanın hesablanması ilə bağlı Şəki rayon fövqaladə hallar komisiyasının əməkdaşları ərazilərə ezam edilib, müvafiq qrumlara məlumat verilib.
Azərbaycanda dəhşət - Yeni ailə quran gənci sel apardı - FOTO
Tarix: 08-06-2021 | Saat: 08:58
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Xəbəri paylaş
7958 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-06-2021 | Saat: 08:58
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
1-07-2016, 11:43
Kreml böyük müharibəyə hazırlaşır - Jdanov
4-09-2020, 14:40
Azərbaycanda rüşvət alan vəzifəli şəxslər HƏBS EDİLDİ - RƏSMİ
1-11-2016, 13:49
Buna görə İlham Əliyevə minnətdaram - Abdulatipov
5-11-2016, 22:55
Bu məhsulları alarkən diqqətli olun - Video
4-12-2021, 10:56
Bəşəriyyətin sonunu gətirəcək gizli təcrübə üzə çıxdı - ŞOK İDDİA
11-12-2016, 20:23
Udulan saqqız mədədə neçə il qalır?
15-11-2017, 10:56
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi təqaüdə göndərildi
9-06-2016, 17:15
Ermənilərdən YUNESKO-ya şikayət
7-05-2021, 11:56
Banlayanda huşunu itirən xoruz İngiltərədən dəvət aldı - VİDEO