Qubada çaya düşərək ölən şəxsin intihar etdiyi məlum olub.
Intihar hadisəsi rayonun "Qəçrəş yolu" adlanan ərazisində baş verib.
Belə ki, Quba şəhər sakini, Ağamirzə Əhmədov küçəsi, 21 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Ruslan Elman oğlu İsayev özünü hündür qayalıqdan ataraq intihar edib.
Bu barədə Rayon Polis Şöbəsindən Quba Rayon Prokurorluğuna məlumat daxil olub. Məlumat daxil olan zaman prokurorluq və polis əməkdaşları hadisə yerinə gələrək, meyitə baxış keçirib, məhkəmə tibbi ekspertizası təyin olunub.
İlkin məlumata görə, R.İsayevin intihar etməsinə səbəb kimi, bir neçə il bundan əvvəl həyat yoldaşı F.Aydəmirova ilə rəsmi olaraq boşandığı və keçmiş arvadının övladının onunla görüşməyə icazə vermədiyi bildirilir.
Ciddi əsəb sarsıntısı keçirən R.İsayev "Qəçrəş yolu" adlanan ərazidə qardaşı, 1991-ci il təvəllüdlü İsa İsayevlə söhbət edən zaman özünü qəflətən hündürlükdən ataraq intihar edib. Su arxının yatağına düşən R.İsayev aldığı xəsarətlərdən yerindəcə keçinib. Qardaşının intihar etdiyini görən İ.İsayev onu xilas etmək üçün özünü suya atıb. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.
Qubada 32 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: arvadından boşandı, övladı ilə...
Tarix: 18-05-2021 | Saat: 10:55
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
4808 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-05-2021 | Saat: 10:55
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
10-03-2017, 18:19
Müşfiqin Dilbərinin imzası ilə kitab tapıldı - Foto
17-09-2021, 12:43
Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI
12-06-2015, 14:29
Aldatmaq kişilərin təbiətində var, hər qadına xəyanət edilir.
28-03-2017, 23:08
Maraqlı rekonstruksiyalar
9-02-2023, 12:13
Mehriban Əliyevanın göstərişi ilə göndərilən yardım Qaziantepə çatıb
5-10-2015, 00:21
Bakıda çay evinin sahibi işçisini zorladı
3-08-2022, 11:25
NƏRİMANOV İCRA HAKİMİYYƏTİNDƏN AÇIQLAMA
23-07-2020, 17:52
"Kapital Bank"dan şəhid mayorun kredit borcu ilə bağlı REAKSİYA
15-01-2016, 13:20
Cakartada növbəti güclü partlayışlar (FOTO)