Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
Tarix: 18-05-2021 | Saat: 09:35
Bölmə:Karusel / Səhiyyə | çapa göndər


Köklükdən əziyyət çəkirsinizsə, həzm probleminiz varsa, bunun sadə müalicəsi üçün birgünlük ac qalmaq praktikasını sınamağa dəyər.
Məlumdur ki, qida bağırsaqlardan  2 gün ərzində keçir, bu səbəbdən, birgünlük ac qalmaq elə də əziyyətli proses deyil. Düzgün təşkil olunmuş pəhrizlə həzm sisteminin fəaliyyəti yaxşılaşır və bədənə zərər dəymir. Əksinə, çox faydalıdır.
Yeməkdən 1 günlük imtina. Faydalar
- Bu pəhrizi həftədə bir dəfə tətbiq etdikdə orqanizmdəki fövqəladə dəyişikliyi çox gözləməli olmayacaqsınız.
- Birgünlük ac qaldıqdan sonra səhəri gün güzgüdə əksinizə baxanda dəyişikliyi açıq-aşkar müşahidə edəcəksiniz. Dəri hamar və parlaq olacaq! Göz qapaqlarındakı torbalar və şişkinlik azalacaq.
- Bir gündən sonra bağırsaqlarda yığılmış bütün qida qalıqları tamamilə xaric olacaq. Həzm yolu saat kimi işləyəcək.
-Tərəzinin üstünə çıxın: 1 kq az göstərəcək. Təəccüblənmək lazım deyil, yalnız ertəsi gün çox yeyib bunun əvəzini çıxmaq olmaz. Uzunmüddətli müsbət nəticə üçün mütəmadi olaraq, həftədə bir dəfə ac qalın.
- Bununla orqanizmdə mübadilə prosesləri normaya düşəcək. Pəhriz zamanı boy hormonları da artır. Bu hormonlar yetkin insanlarda əzələ kütləsinin artmasına, sümüklərin möhkəmlənməsinə və yağların parçalanmasına kömək edir.
- Beynin işini aktivləşdirməklə onu yeni fikirlərin axtarışına stimullaşdırmaq mümkündür. Bəzilərinin hətta yaradıcılıq bacarığı və mənəvi yüksəliş istəyi artır.
- Bədənə müxtəlif xəstəliklərlə mübarizə aparmağa yardım etmiş olarsınız. Ac qalmaq astmanı əhəmiyyətli dərəcədə azaldır, ürək-damar xəstəlikləri riskini də azaltmaqla yanaşı, tutmaların sayı və onların intensivliyini aradan qaldırır, həmçinin orqanizmin immun sistemini möhkəmləndirir. Ən əsası, orqanizm 3 ay cavanlaşır.
- Siz yeməklərə olan psixoloji bağlılıqdan azad olacaqsınız, bütün günü nə isə çeynəmək kimi pis vərdişlər də öz-özünə aradan qalxacaq.



Xəbəri paylaş

3768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___