Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yayda cins şalvar geyinməyin zərərləri - SİYAHI
Tarix: 15-05-2021 | Saat: 23:37
Bölmə:Karusel / Maraqlı | çapa göndər


Dar, cins şalvarlar qadın və kişi orqanizmi üçün təhlükə yaradan ən məşhur səbəblərdən biridir. Uşaqlara hələ sümük-çanaq sistemi formalaşmadan dar cins geyindirmək onların çanaq sümüklərinin nornal inkişafına mane olur.
Yayda cins şalvar geyinməyin zərərlərini təqdim edirik:
-Limfa və qan dövranını pozur
-Daxili orqanlara qan axınını pozur
-Düz bağırsağın işinə əngəl yaradır
-Hər gün cins şalvar geyinmək aşağı ətraflarda durğunluq yaradır
-Dərini möhkəm sıxması dəri xəstəlikləri yaradır
-Kifayət qədər hava buraxmaması səbəbindən cinsi orqanlarda göbələyin çoxalmasına səbəb olur
-Qışda dar cins şaıvar aşağı ətrafların daim soyuq qalmasına səbəb olur, nəticədə qadın ginekoloji orqanlarda qan dövranını pozur, bu da müxtəlif ginekoloji problemlər yaradır
-Daim cins şalvarda gəzən insalanların bud və yanlarında sellülit, dəri sallanması və boşalması olur
Amerikalı həkim Oktavio Bessa tərəfindən " dar şalvar sindromu" adlı termin icad olunub. Bu sindrom məhz uzun müddət, daima dar şalvar geyinməsi səbəbindən hər hansı fiziki problemi və xəstəliyi yaranan insanlara qoyulur.
Dar cins şalvarlar kişilərin reproduktiv sistemində, cinsi fəaliyyətində mənfi fəsadlar yaradır.
Britaniyalı həkimlərin uzun müddətli araşdırması nəticəsində məlum olub ki, illərlə dar, bədəni kip tutan cins şalvarlar kişilərdə spermanın keyfiyyətini azaldır, potensiyani zəiflədir. Sidik yolları iltihabi xəstəlikləri riskini artırır. Artıq məlum olub ki, 25% cins şalvar sevərlər cinsiyyət və sidik kisəsi problemlərindən əziyyət çəkir. Bu problemlərin yaş həddi yoxdur: yeniyetmələr də əgər uzun müddət cins şalvar geyinirsə, bu problemlərə tutula bilər.
Cins şalvarlara cəlbedici rəng vermək üçün fenol tərkibli süni rəngdən istifadə olunur. Fenol uzun müddət dəri ilə təmasdan orqanizmə keçir, sinir uclarını zədələyir, tənəffüs yollarına keçir.


Xəbəri paylaş

5648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___