Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Paytaxtın Bakıxanov küçəsində baş vermiş ağır yol qəzasının videosu yayılıb. - VİDEO
Tarix: 24-03-2015 | Saat: 13:15
Bölmə:Karusel / Hadisə | çapa göndər

Paytaxtın Bakıxanov küçəsində baş vermiş ağır yol qəzasının videosu yayılıb. - VİDEO
Qəzadan sonra xanım sürücü maşından çıxa bilmir.

.

Xeberaz.az Avtosfer.az-a istinadən xəbər verir ki, DİN-in «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan görüntülərdən məlum olur ki, Bakıxanov küçəsində svetoforun qırmızı işığı yanır.

Lakin ağ rəngli minik maşınını idarə edən xanım sürücü qırmızı işıqda hərəkəti davam etdirirək zəncirvari qəza törədir.

Onun kobud qayda pozuntusu ucbatından öz yolu ilə hərəkət edən 3 avtomobil əzilir. Toqquşma o qədər sürətlə baş verir ki, xanım sürücünün olduğu avtomobilin sürücü əyləşən tərəfi bərk əzilir. Bu səbəbdən də qəzadan sonra xanım sürücü maşından çıxa bilmir. Onu hadisə yerinə gələn yol polisləri və vətəndaşlar digər qapıdan çıxırırlar.

Kadrlarda görünür ki, maşında başqa bir xanım və azyaşlı da var. Maraqlısı budur ki, svetoforun qırmızı işığının yanmasına baxmayaraq, xanım sürücü hərəkəti sürətlə davam etdirir. Sanki o, svetofora əhəmiyyət vermir...

[media=https://youtu.be/tDIyv-nT0RI]


Xəbəri paylaş

7278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___