Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ən rüşvətxor ölkələr (SİYAHI)
Tarix: 09-08-2015 | Saat: 15:22
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Ən rüşvətxor ölkələr (SİYAHI)
Beynəlxalq təşkilat neft gəlirlərinin, bank vəsaitinin ölkənin deyil, bəzi şəxslərin rifahına xərcləndiyini bildirir.
FİFA-dakı rüşvət qalmaqalı diqqəti yenidən dünyada korrupsiya probleminə yönəldib. ANS PRESS-in məlumatına görə, risklərin təhlil edilməsi sahəsində ixtisaslaşan beynəlxalq "Verisk Maplecroft" təşkilatı bunu nəzərə alaraq korrupsiyaya meylli ölkələrin siyahısını hazırlayıb.

Təşkilat siyahını 2012-ci ilin avqustundan 2014-cü ilin avqustuna qədər olan dövrdə dünyanın 198 ölkəsinin iqtisadiyyatını araşdırma apararaq tərtib edib. Araşdrımalar "Transparency International", "Freedom House" və ABŞ Dövlət Departamentinin hesabatları əsasında aparılıb. Təşkilat təhlillər zamanı xüsusilə beş amilə diqqət edib:

1. korrupsiyanın tezliyi;

2. korrupsiyanın davamlılığı;

3. korrupsiyanın əhatəliliyi;

4. korrupsiyanın ağırlığı;

5. rüşvətxorların cəzalandırılmaması.

"Verisk Maplecroft"un analitikləri bu amilləri 10 ballıq şkala ilə qiymətləndiriblər. Burada "0" korrupsiya riskinin ən yüksək həddi, "10" isə ən aşağı həddi kimi müəyyən edilib.

Məlum olub ki, korrupsiyadan ən çox əziyyət çəkən ölkələr Afrikada Sahara səhrasının cənubunda yerləşən və Yaxın Şərq ölkələridir. Belə ki, ən yüksək korrupsiya səviyyəsinin müəyyən edildiyi ölkələrin 45 faizi məhz Afrikada - Saharadan cənubda yerləşir.

Bundan başqa, araşdırmalar neft, qaz və dağ-mədən sənayesi müəssisələrində də rüşvət hallarının geniş yayıldığını göstərib. Buna görə siyahının aşağı yerlərində bir neçə Yaxın Şərq ölkələri və Rusiya qərarlaşıb.

"Verisk Maplecroft" hesabatında 198 ölkədən 73-də korrupsiya riskinin son həddə, 64-də yüksək, 38-də orta, 23-də aşağı həddə olduğunu bildirib. Siyahıda adları qeyd edilən bəzi ölkələri təqdim edirik.

Cənubi Sudan. Əl-Cəzirə televiziyasının bu ölkə haqqında hazırladığı film - "Cənubi Sudan: arzular ölkəsi" dünyanın ən gənc ölkəsinin vətəndaş müharibəsinə sürüklənməsi haqqındadır. Bildirilir ki, ölkədə neft ehtiyatının kifayət qədər olmasına baxmayaraq, ölkə korrupsiyadan əziyyət çəkir. "Müstəqillik əldə edəndən cəmi 3 il sonra ölkə vətəndaş müharibəsi girdabına boğulub. Nəticədə minlərlə insan ölüb, təxminən 2 milyon əhali isə ölkədən qaçmağa məcbur olub."


Salva Kiir - Cənubi Sudan perzidenti

Şimal qonşumuz Rusiya 2018-ci il futbol üzrə Dünya Çempionatını ölkədə keçirmək üçün FİFA-ya rüşvət verməkdə ittiham edilir. Bundan başqa, ölkə hakimiyyətinin bəzi tikinti şirkətləri ilə gizli əlaqələrinin olduğu bildirilir. Məhz həmin şirkətlər 2014-cü ildə Soçidə Qış Olimpiya Oyunlarına hazırlıqla məşğul idi.



Vladimir Putin - Rusiya Federasiyasının prezidenti


Ekvatorial Qvineya da korrupsiyanın yayıldığı ölkələr siyahısındadır. "Human Rights Watch" 2014-cü il hesabatında bildirib ki, böyük həcmdə neft gəlirləri ölkə prezidentini əhatə edən bir qrup insanın dəbdəbəli həyatına xərclənir. Hərçənd ki, ölkə əhalisinin böyük bir hissəsi səfalət içərisində yaşayır. Ölkədə əsassız və gizli həbslərin, ədalətsiz məhkəmə proseslərinin də geniş yayıldığı bildirilir.


Nqema Mbasoqo Teodoro Obianq - Ekvatoral Qvineyanın prezidenti


Somalidə xüsusilə bank sisteminin korrupsiyanın əlində bir vasitəyə çevrildiyi bildirilir. BMT 2013-cü il hesabatında yazır: "Somali Mərkəzi Bankı əslində rüşvət götürülməsi üçün şəxsi fonda çevrilib. Bankdan müxtəlif adlarla və yollarla verilən vəsaitin 80 faizi dövlət proqramlarına deyil, şəxsi ehtiyaclara xərclənir. Bundan başqa, bankdan keçən vəsaitin böyük bir hissəsini izləmək mümkün olmur."


Həsən Şeyx Mahmud - Somali prezidenti


Konqo Demokratik Respublikasında korrupsiya o qədər geniş yayılıb və dərinə nüfuz edib ki, "Transparency International" 2014-cü il hesabatında bu ölkədə vəziyyətin düzəlməsinə ümidin olmadığını qeyd edib. Hesabatda bildirilir: "Prezident Kabila dəfələrlə korrupsiya ilə mübarizəyə sadiq qaldığını desə də, heç vaxt bunun üçün siyasi iradə nümayiş etdirməyib. Onun gördüyü tək iş bu haqda qanunlar verməsi olub. Lakin bu qanunlar da çox nadir hallarda reallıqda tətbiq edilib."


Jozef Kabila - Konqo Demokratik Respublikasının prezidenti

Adı siyahıda olmasa da, Azərbaycanda da korrupsiya dövlətin inkişafına mane olan əsas problemlərdən biridir. Doğrudur, ölkədə buna qarşı mübarizə aparılır. 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qəbul olunub, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar fəaliyyətə başlayıb. İlham Əliyev də öz çıxışlarında dəfələrlə bu məsələyə toxunub. Prezident 2013-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib. O, 2014-cü ildə Nazirlər Kabinetinin müşavirəsində çıxış edərək "ASAN xidmət"in bu sahədə xüsusi əhəmiyyətinin olduğunu, lakin bunun kifayət etmədiyini qeyd edib. "Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır", - deyən prezident korrupsiyaya qarşı daim mübarizə aparılacağını bildirib.


İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında


İlham Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsinin kollektivi ilə


Lakin, təəssüf ki, Azərbaycanda hələ də korrupsiya dövlətin və cəmiyyətin əsas problemlərindən biri olaraq qalır. Bu yaxınlarda Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində (ATU) külli miqdarda korrupsiya halı aşkarlanıb. Məlumata görə, rektor Akif Süleymanov tələbələrin adına saxta təqaüd kartları açıb. Baş verənlərin üstü açılandan sonra rektorun yoxa çıxması haqqında məlumatlar yayılmışdı. Universitetin rektor əvəzi Rövşən Rizvan oğlu Əliyev korrupsiya halının olduğunu təsdiqləmiş, ANS PRESS-ə 2015-ci ilin qış aylarında Maliyyə Nazirliyi universitetin maliyyə hesabatlarını yoxlamağa başladığını bildirmişdi.

Bir neçə gün əvvəl isə ATU-nun adı dələduzluqda hallandırılan, səhhətindəki problemlərə görə məzuniyyətdə olan rektoru Akif Süleymanov yenidən işə başlayıb. O, nöqsanları aradan qaldıracağını deyib.


Akif Süleymanov - Azərbaycan Texnologiya Universitetinin rektoru


Xəbəri paylaş

8558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___