Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Göyçayda ailə faciəsi - 18 yaşlı qız öldü, anası xəstəxanaya düşdü
Tarix: 09-05-2021 | Saat: 13:19
Bölmə:Karusel / Hadisə | çapa göndər


Göyçay rayonunda ölüm hadisəsi baş verib.
Rayonun Bığır kənd sakini, 1980-ci il təvəllüdlü Məmmədova Gülnarə Məhəmməd qızı zəhərlənmə diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, övladı -2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı isə zəhərlənərək ölüb.
Məlumata görə, hadisə bu gün səhər saatlarında Gülnarə Məmmədovanın qardaşı, Bığır kənd sakini, 1989-cu il təvəllüdlü Bədəlov Vüqar Məhəmməd oğluna məxsus evdə baş verib. Ana və qızının dəm qazından zəhərləndiyi bildirilir. Fatimə Məmmədovanın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır


Xəbəri paylaş

3578 dəfə oxunub.

Digər xəbərlər
17-06-2015, 15:11 Toğrul döyüşür (CANLI)
13-05-2019, 15:25 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___