Dünyanı iflic vəziyyətinə salan koronavirus pandemiyası ölkəmizdə də məhdudiyyətlərin tətbiqini zəruri edib.
Artıq bir ildən çoxdur ki, pandemiya ilə əlaqədar Azərbaycanda toyların keçirilməsi qadağan olunub. Ona görə də övlad toyu görmək istəyən valideynlər, eləcə də ailə qurmaq arzusunda olan gənclər çal-çağırlı mərasim təşkil edə bilmir və sadəcə nikahla kifayətlənirlər.
Bəs görəsən bəzi şərtlər daxilində toyların keçirilməsinə imkan yaradılacaqmı?
Xezerxeber.az-ın xəbərinə görə, bu sualı cavablandıran millət vəkili Rəşad Mahmudov deyib ki, toy mərasimlərinin yay mövsümündə təşkilinə icazə verilə bilər.
Onun sözlərinə görə, yay aylarında açıq havada və bəlli bir say məhdudiyyəti qoymaqla toylar təşkil edilə bilər. Həmçinin 500-600 nəfərlik tutumu olan şadlıq evlərində 100-150 nəfərlə və məsafə saxlamaqla toy mərasimlərinin keçirilməsi qərarı verilə bilər.
Millət vəkili onu da qeyd edib ki, birinci gündən etibarən ölkəmizin koronovirusla apardığı mübarizə dünya ölkələrinə nümunə olmalıdır və bu mübarizə gec-tez öz müsbət təsirini göstərməlidir.
Qeyd edək ki, ölkədə bir çox cütlük rəsmi nikah bağlasa da, toy mərasimlərinin keçirilməsi üçün pandemiyanın bitməyini ya da müvafiq qərarın verilməsini səbirsizliklə gözləyir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Açıq havada toylara icazə verilə bilər - AÇIQLAMA - VİDEO
Tarix: 08-05-2021 | Saat: 10:27
Bölmə:Karusel / Gündəm / Reportaj | çapa göndər
Xəbəri paylaş
3528 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-05-2021 | Saat: 10:27
Bölmə:Karusel / Gündəm / Reportaj | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
6-04-2015, 12:39
Balakəndə orta məktəbi yandırıb külə döndərdilər
20-05-2022, 10:51
İndi də Meymun çiçəyi virusu yayılır - Ancaq kişilər yoluxur
26-03-2015, 18:06
Rusiya Ermənistandakı bazasının ərazisini genişləndirir
24-06-2015, 22:33
Azərbaycana daxil olan avtomobillərlə bağlı yeni qərar
5-08-2016, 00:14
Terror zarafatı acı sonluqla nəticələndi - 11 nəfər... - VİDEO
21-06-2017, 12:35
Ronaldo həbsdən qaçmaq üçün...
15-11-2015, 23:06
"ATV Maqazin" verilişi bağlandı
11-06-2015, 15:35
O, Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.
19-08-2015, 01:37
PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 1 əsgər şəhid olub