Bakıda binanın fasadından qopan üzlük daşı uşağın başına düşüb, VƏZİYYƏTİ AĞIRDIR - VİDEO
Tarix: 02-05-2021 | Saat: 16:36
Bölmə:Karusel / Hadisə / Reportaj | çapa göndər
Xəbəri paylaş
4778 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-05-2021 | Saat: 16:36
Bölmə:Karusel / Hadisə / Reportaj | çapa göndər
Bakıda binanın fasadından qopan üzlük daşı yaxınlıqdan keçən uşağın başına düşüb. Nəticədə daş uşağa ağır xəsarət yetirib.
Hadisə ötən gün paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində baş verib.
Rafiq İsgəndərov küçəsi 4 ünvanında yerləşən beşmərtəbəli binanın fasad hissəsindəki üzlük daşı həmin binada yaşayan 12 yaşlı Əli adlı uşağın başına düşüb. Nəticədə ciddi xəsarət alan uşaq huşunu itirərək yerə yıxlılıb.
Təcili yardım briqadası onu xəstəxanaya aparıb. Uşağın vəziyyəti ağırdır və o, reanimasiya şöbəsinə yerləşdirilib.
Sakinlər deyirlər ki, sözügedən binada problemdən əvvəldən xəbərləri olub. Hətta təhlükəli vəziyyətlə bağlı ərazi üzrə 144 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət də ediblər.
Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin də əməkdaşları gələrək ərazini təhlükəsizlik lenti ilə bağlayıblar. Məsələ ilə bağlı 144 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə getdik. Birliyin müdiri bizi görən kimi qaçmağa başladı. Onu dayandırıb suallarımızı vermək istəyimiz isə baş tutmadı.
Səbail Rayon İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirdilər ki, hadisə baş verən bina onların deyil, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəzdindədir.
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, həmin bina Səbail rayonu ərazisindədir və binadakı təhlükəli vəziyyət onlar tərəfindən həll olunmalıdır.
Xəbəri paylaş
Digər xəbərlər
18-08-2018, 19:38
Şikayyətçi Talan Şükürov “ Malımda gedir, abırım da” - VİDEO
28-02-2017, 20:24
Azərbaycanda pensiyalarla bağlı DƏYİŞİKLİK
18-02-2016, 12:04
Azərbaycanın müdafiə xərcləri 21% artırıldı
28-02-2017, 14:38
İlham Əliyev Pakistana getdi
25-07-2017, 11:32
Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi +VİDEO
4-07-2017, 16:44
Damlanın ailəsində özəl gündür
15-07-2015, 09:44
Bu oğlan 4 saniyəyə 2 litr su içir - İnanılmazdır... - VİDEO
10-09-2016, 09:42
Azərbaycanda toyda dava - xarici vətəndaş xəsarət aldı
18-04-2022, 10:29
Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA