ABŞ-da realiti televiziya şousunun ulduzu Kim Kardaşyan Ermənistan prezidenti Armen Sarkisyanın təşəkkür məktubuna reaksiya verib.
XEBERAZ.AZ xəbər verir ki, bu haqda məlumat "armeniasputnik.am" saytında yer alıb.
Mənbə yazır ki, bundan əvvəl Ermənistan prezidenti Kardaşyana təşəkkür məktubu göndərərək, onun və ailəsinin yalançı "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynadığını qeyd edib.
"Prezident Sarkisyana minnətdaram ki, vaxt ayırır və Ermənistan haqqında mənə danışır. Bu mövzuda kömək edə bildiyim üçün sevindim. Hər zaman bu gözəl ölkəni dəstəkləyəcəyəm", deyə Kardaşyan Twitter-də yazıb.
Xatırladaq ki, Sarkisyan ABŞ prezidenti Co Baydenə, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə də yalançı "erməni soyqırımı"nın tanınması üçün təşəkkür məktubları göndərmişdi.
ABŞ Prezidenti Co Bayden 24 apreldə Osmanlı İmperiyasında 20-ci əsrin əvvəllərində guya törədilən erməni qırğınlarını rəsmi olaraq "soyqırımı" kimi tanıyıb.
Haşiyə: Armen Sarkisyan Co Bayden başda olmaqla yalançı "erməni soyqırımı"nı tanıyan dırnaqarası liderlərə və Kim Kardaşyan kimi əxlaqsız qadınlara N sayda minnətdarlıq məktubları göndərsə də Türkiyəni və Azərbaycanı iftira ilə nə susdura, nə də iqtisadi inkişaflarını dayandıra biləcək.
Ermənistanın inkişafı isə bölgədə Türkiyə və Azərbaycandan asılıdır. Və inanırıq ki, Zəngəzur dəhlizinin açılışından sonra İrəvan müəyyən mənada dirçələcək və o vaxt elə minnətdarlıq məktubları rəsmi Ankaraya və Bakıya göndəriləcək.
Kim Kardaşyan, görəsən buna necə reaksiya verəcək?
Kim Kardaşyandan Ermənistan prezidentinə tvit - Gələcəkləri onsuz da Türkiyə və Azərbaycandan asılıdır
Tarix: 01-05-2021 | Saat: 18:11
Bölmə:Karusel / Siyasət / Dünya / M2 | çapa göndər
Xəbəri paylaş
3318 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 01-05-2021 | Saat: 18:11
Bölmə:Karusel / Siyasət / Dünya / M2 | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
25-03-2016, 12:42
Bulvarda ölüm
10-03-2016, 10:12
Dollar rekord həddə bahalaşdı
5-02-2018, 10:29
Bərdədə 16 yaşlı qız qaçırılıb
26-04-2015, 12:36
Azı 4700 nəfər xəsarət alıb. - YENİLƏNİB + VİDEO
25-12-2018, 11:17
Hicran Hüseynova: İnsanlar öz ailə üzvləri ilə virtual məkanda daha çox vaxt keçirirlər
15-08-2022, 12:45
Bakıda qadını müdafiə etmək istəyən qazi qətlə yetirildi - qatil saxlanıldı - TƏFƏRRÜAT - YENİLƏNİB
30-09-2020, 11:39
İrandan Ermənistana silah-sursat daşınır - VİDEO FAKT
28-01-2017, 16:40
ATV-dəki qalmaqallı süjetlə bağlı - Redaktor işdən qovuldu +Video
24-09-2020, 09:45
Bakıya erməni böhtanı: Həmzə briqadası cavab verdi
13-07-2020, 17:55
"Belə xalqla biz Qarabağı mütləq qaytaracağıq" - Mehriban Əliyeva