Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DYP-dən rekord ərimə- 1 milyon 360 min
Tarix: 08-08-2015 | Saat: 11:57
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

DYP-dən rekord ərimə- 1 milyon 360 min
Yanvarın 1-dən avqustun 7-dək Bakıda 68 min piyada cərimə olunub. ATV.az xəbər verir ki, bunu Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisi bildirib ki, piyadaların avtomobillərlə vurulması hallarına qarşı mübarizə tədbirləri ilə əlaqədar piyada keçidləri yaxınlığında reydlər keçirilib, nəticədə 68 min piyadaya qarşı İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun protokol tərtib edilərək 20 manat cərimə edilib.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə piyadaların vurulması halları azalıb.

"Ümumilikdə Bakının inzibati ərazisindəki yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə onların bütün göstəriciləri aşağı düşüb. Piyada vurma ilə nəticələnən qəzalar 52 faizdən 51 faizə enib. Bu da piyadaların cərimələnməsi ilə əlaqəlidir. Piyadaların cərimələnməsi yol qəzaları hadisələinin sayının aşağı düşməsinə təsir edir", - o deyib.

Qeyd edək ki, 68 min piyada İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun protokol tərtib edilərək 20 manat cərimə edilib, bu da 1 360 000 manat deməkdir.


Xəbəri paylaş

6968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___