Türkiyədə PKK ilə təhlükəsizlik qüvvələri arasında atışma - ölən və yaralananlar var
Tarix: 07-08-2015 | Saat: 13:52
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Türkiyənin Şırnaq vilayətinin Silopi rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatı üzvləri arasında atışma başlayıb.
APA-nın xəbərinə görə, indiyədək 2 nəfərin öldüyü, onlarla şəxsin xəsarət aldığı bildirilir. Məlumata görə, bu gün səhər saatlarında təhlükəsizlik qüvvələrinin əməkdaşları terrorçuların rayon mərkəzində qazdıqları xəndəkləri doldurmaq istəyiblər. Bu zaman terrorçular onlara raket zərbəsi endiriblər, iriçaplı silahlardan atəş açıblar. Polis əməkdaşlarının hücuma qarşılıq verməsi ilə ərazidə atışma başlayıb.
Hazırda atışma davam edir. Hadisə yerinə Jandarm Qüvvələri cəlb olunub. Atışmanın olduğu ərazidə bəzi evlərdə yanğın qeydə alınıb. Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterlər təhlükəsizlik qüvvələrinə havadan dəstək verir.
PKK terrorçuları Siirt vilayətində isə Hava Limanına məxsus hava nəqliyyatının hərəkətini idarə edən stansiyaya hücum ediblər. Orda mühafizə xidmətinin 18 əməkdaşının əl-qolunu bağlayaraq, telefonlarını əllərindən aldıqdan sonra stansiyaya od vurublar. Təhlükəsizlik qüvvələrinin əməkdaşları hadisə yerinə gələnədək terrorçular qaçmağa nail olublar.
Xəbəri paylaş
6308 dəfə oxunub.
Digər xəbərlər

9-04-2022, 10:49
Müharibə nə vaxt bitir, qalib kim olacaq? - Zirəddindən PROQNOZ
1-05-2017, 09:58
Bakıda lift qırıldı: 11 yaralı - YENİLƏNİB - VİDEO
11-09-2015, 03:38
Yığmamız dünya ikincisi oldu
14-09-2016, 16:14
Stadionda soyundu və... - FOTO
20-03-2017, 11:08
"Azərbaycan Gürcüstanın ən əsas strateji tərəfdaşıdır"
4-02-2017, 21:47
Şəkidə ağır qəza: 1 nəfər ölüb, 2 nəfər yaralanıb
11-10-2022, 12:52
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dəhşətli mənzərə: Dərmanları xəstələrdən gizlədirlər - VİDEO
24-12-2016, 01:54
İsraildən BMT-nin qətnaməsinə - Sərt reaksiya
5-01-2022, 11:23
Dövlət Xidməti un və çörək istehsalçılarına xəbərdarlıq etdi
26-04-2016, 21:53
Ermənistan ordusunun bu gecəki hücumunun əsl məqsədi