Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda narkoman ana 5 yaşlı uşağını dilənməyə məcbur etdi
Tarix: 24-03-2015 | Saat: 12:13
Bölmə:Karusel / Gündəm / Fotogalereya | çapa göndər

Bakıda narkoman ana 5 yaşlı uşağını dilənməyə məcbur etdi
Azyaşlının təsadüfi əlaqədən doğulduğu ehtimal edilir.

Bakıda narkoman qadın 5 yaşlı uşağını günlərlə dilənməyə məcbur edib. Nəticədə ağır həyat tərzi üzündən vəziyyəti pisləşən uşaq Azərbaycan Uşaqlar Birliyinin sığınacaq evinə yerləşdirilib.

Xeberaz.az xəbər verir ki, bu barədə virtualaz.org saytına birliyin sədri Kəmalə Ağazadə məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Səbayel rayon ərazisində aşkarlanan uşağın vəziyyəti yaxşılığa doğru dəyişir: “Uşaq Səbayel Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tapılaraq sığınacağa gətirilib. Azyaşlı bir həftə ərzində huşsuz vəziyyətdə oldu. İndi durumu yaxşılaşıb. Məlum oldu ki, ana uşağı bütün günü küçədə dilənməyə məcbur edib. Ac qalan uşaq elə küçədəcə gecələyirmiş. Ana həbs ediləndən sonra isə tamamilə baxımsız qalıb”.

Uşağın atasının kimliyi bəlli deyil. Azyaşlının təsadüfi əlaqədən doğulduğu ehtimal edilir. Uşağın sənədləri də yoxdur.

K.Ağazadə dedi ki, hazırda sığınacaq evində 6 aydan 18 yaşa qədər 25 uşaq qalır.

Qeyd edək ki, Azərbaycanda narkomanların sayı artır. Ötən il 28656 narkoman qeydiyyatda olub. Onlardan 554 nəfəri qadındır. Küçədə dilənən azyaşlıların əksəriyyəti isə qaraçı uşaqlarıdır.

K.Ağazadə qaraçılar arasında narkotik vasitə istifadəçilərinin çox olduğunu dedi: “Roman tayfalarından olanlar arasında narkomanların sayı çoxdur. Onlar uşaqları küçədə dilənməyə məcbur edirlər”.


Xəbəri paylaş

7158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___