Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD yaraqlıları seks-cihada “yox” deyən qadınları öldürdülər
Tarix: 07-08-2015 | Saat: 10:57
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

İŞİD yaraqlıları seks-cihada “yox” deyən qadınları öldürdülər

11-16 yaş arası yeniyetmələr 124 dollaradırlar.
“İslam dövləti” (İŞİD) yaraqlıları islamçılar ilə cinsi əlaqəyə girməkdən imtina edən 19 qadını edam ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə The Daily Mail Kürdistan Demokratik partiyasının rəsmi nümayəndəsinə istinadən bildirib.

Onun sözlərinə görə, girovları İranın keçən il zəbt edilmiş Mosul şəhərində saxlayırmışlar. Qətlə yetirilənlərin milliyyəti bildirilməyib.

Avqustun 4-də BMT-nin baş katibinin münaqişələrdə seksual zorakılıq məsələləri üzrə nümayəndəsi Zeynəb Banqura, İŞİD yaraqlılarının girov götürülən uşaq və qadınların – qulların satış qiymətlərini yaydığını təsdiqləyib.

“Qızları neft kimi satırlar. Hər birini beş-altı kişi satıb və ya ala bilər. Bəzən yaraqlılar qızları ailələrinə min dollara satırlar” – Banqura bildirib. Onun sözlərinə görə, bir yaşından doqquz yaşına qədər qız və oğlanlar 165 dollara, 11-16 yaş arası yeniyetmələr isə 124 dollaradırlar.

Bu ilin aprelində Banqura bildirib ki, ekstremistlər seksual zorakılığı terror vasitəsi kimi nəzarət etdikləri ərazilərdə dini, etnik və seksual azlıqlara qarşı istifadə edirlər.

Rusiyada qadağan edilmiş “İslam dövləti” terror təşkilatı 2014-cü ilin yayında İraq və Suriyanın bir hissəsini işğal edərək orada xilafət elan edib.

“Seks-cihad” (cihad əl-nikah) anlayışı 2013-cü ildə yaranıb. O zaman Səudiyyə Ərəbistanından olan vəhhabi dindar Məhəmməd əl-Arifi sünnə qadınları Suriyaya gələrək “Əsəd rejimi ilə mübarizə aparan qiyamçılara” seksual xidmət göstərərək yardım etməyə səslədi. Arifi iddia edirdi ki, könüllü seks müsəlman qadınlara cənnətdə yer bəxş edəcək.

İŞİD yaraqlılarının yanına könüllü olaraq dünyanın müxtəlif yerlərindən yüzlərlə sünnə qadını gəlir. Bununla yanaşı, islamçılar yüzlərlə xristian və yezidi qadınlarını əsir götürərək onları ekstremistlərlə cinsi əlaqəyə girməyə məcbur edirlər.


Xəbəri paylaş

7468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___