Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Maşın dərəyə aşdı - ana öldü, övladları yaralandılar
Tarix: 05-08-2015 | Saat: 16:31
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Maşın dərəyə aşdı - ana öldü, övladları yaralandılar
Bu gün saat 14 radələrində Siyəzən rayonunda 1 nəfərin ölümü, 3 nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Xeberaz.az Region TV-yə istinadən bildirir ki, hadisə Siyəzən-Qalaltı yolunun 8-ci km-də, Siyəzən rayonunun Sədan kəndi ərazisində qeydə alınıb. 1971-ci il təvəllüdlü Siyəzən rayon sakiniManafov Cəmşid Qərib oğlunun idarə etdiyi "Vaz 21 07" markalı avtomobil sərt döngədə idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə sərnişin, 1974-cü il təvəllüdlü, Siyəzən rayon sakiniƏliyeva Gülnarə Əlirza qızı hadisə yerində dünyasını dəyişib.

Avtomobilin sürücüsü C.Manafov, həlak olan qadının övladları - 1994-cü il təvəllüdlü Əliyeva Gülər Mərdan qızı və 1996-cı il təvəllüdlü Əliyev Orxan Mərdan oğlu xəsarət alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Tibb müəssisəsindən verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır. Hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir. Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbəri paylaş

6508 dəfə oxunub.

Digər xəbərlər
15-11-2022, 15:08 Sabah da yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___