Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Övlad həsrətinə dözməyib intihar edən atanın həyat hekayəsi - "Şalvarımın cibində pul var, borclarımı..."
Tarix: 05-08-2015 | Saat: 13:19
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Övlad həsrətinə dözməyib intihar edən atanın həyat hekayəsi - "Şalvarımın cibində pul var, borclarımı..."
Oğuz rayonu Baş Daşağıl kəndində yaşayan ata övlad həsrətinə cəmi üç gün dözə bildi.
Ailə müqəddəsdir, övlad isə ailənin işığı. Onsuz da gözünün işığını itirən ata, ona göz-qulaq olan iki körpə qızına üç gün idi ki, həsrət qalmışdı.

Dağların qoynunda yerləşən Baş Daşağıl kəndi, təbiət möcüzəsidir. Burada qadınlar hələ də bulağa su gətirməyə gedir, bəziləri dincəlir, istirahət edir, bəziləri çiyninə səhəngi yükləyib, su daşıyır.

47 yaşlı Məhəmmədin həyat yoldaşı da bulaq başına enmişdi.

Məhəmməd gözlədi ki, qadın bir azdan qayıdacaq. Amma bu dəfə bulaq başında ləngiyən qadın evə gecə yarısı gəlib çıxmışdı. Məhəmməd də qadının laqeydliyinə əsəbləşərək, “Daha niyə gəlmisən?! Çıx get atanın xarabasına!”-deyə qadını danlayır. Məhəmmədin sözündən inciyən qadın iki qızını da alıb atasının evinə gedir. Saatın əqrəbləri zamanın keçdiyini göstərdikcə Məhəmmədin qəzəbi də soyuyur, ailəsinə olan əsəbi keçirdi. Qayınatasının evinə yollanan Məhəmməd, ailəsini geri- öz yanına qaytarmaq istəyir. Bu dəfə tərsləşən qadın and-aman eləyir ki, qayıdan deyiləm. Bu azmış kimi, uşaqların üzünü belə ona göstərmir.

Məhəmməd nə qədər yalvar-yaxar eləsə də həyat yoldaşını inadından döndərə bilmir ki, bilmir.



Kənd sakinləri nəql edir ki, Məhəmməd körpə qızları üçün zülüm-zülüm ağlayırmış. Beləcə, üç günü tək-tənha evində keçirən Məhəmməd yaşadığı böhranlı vəziyyətə dözə bilmir. Əvvəlcə kənd içinə çıxıb dəmir darvazaların önündə oturan yaşlılarla bir az dərdləşir. Kəndin içində var-gəl edən Məhəmməd ağlındakı bəd düşüncələrdən xilas ola bilmir. Kor-peşman boş evinə qayıdan ata, qohumlarından birinə zəng edib, vəsiyyət edir:

“Şalvarımın cibində bir az pul var, onu alıb borclarımı verərsiz. Məni də atamın məzarının yanında dəfn edin. Daha qızlarımın həsrətinə dözə bilmirəm. Bu həyatı yaşaya bilmirəm”.-deyib evdəki ov tüvəngini əlinə alır.

Eyvana çıxan Məhəmməd o gün son dəfə kəndin təmiz havasını ciyərlərinə çəkir.

Qonşuluqda yaşayanlar atəş səsinin əks-sədasını eşidirlər…

Məhəmmədin sözlərindən qorxuya düşən qohumu onu ziyarət etməyə gələndə artıq gec idi. Çarpayı qan, eyvan qan, divarlar qan... Məhəmmədin isti bədəni qan içində yerə sərilmişdi. Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 1968-ci il təvəllüdlü Məmməd Nurəli oğlu Rəsulov aldığı güllə yarasında xəstəxanada keçinir.

Məhəmməd özünü qarnından və çənəsinin altından güllələmişdi.

Beləcə, atanın fəryadı da, göz yaşları da ikicə güllə ilə ömür boyu susdu.

İndi onun həyat yoldaşı inadına görə peşmandır ya yox, bilmirik. Faktla bağlı Oğuz rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə avqustun 4-ü səhər saatlarında rayonun Baş Daşağıl kəndində qeydə alınıb.


Xəbəri paylaş

9098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___