Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
700 bal toplayanlar hansı universitetlərdə təhsil almaq istəyirlər? - SİYAHI
Tarix: 02-08-2015 | Saat: 13:06
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

700 bal toplayanlar hansı universitetlərdə təhsil almaq istəyirlər? - SİYAHI
Bu il qəbul imtahanlarında 15 nəfər 700 bal toplayıb.

Dünəndən başlayaraq ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb. Modern.az saytı xəbər verir ki, bu günə kimi artıq 6979 abituriyent öz ərizəsini təsdiq edib. Bunlardan 2377 nəfəri I qrup, 2051 nəfəri II qrup, 1814 nəfəri III qrup, 737 nəfəri IV qrup üzrə ərizəsini təsdiqləyib.

İxtisas seçimi iyulun 30-dan başlayıb, avqustun 11-dək in­ter­net vasitəsilə aparılacaq.

Xeberaz.az
xəbər verir ki, Modern.az saytı bu il qəbul imtahanlarında 700 bal toplayan 15 abituriyentdən hansı ixtisası seçdiklərini soruşub.

Kamran Abdulrəhimov hələ ixtisas seçimini etməyib. III qrup üzrə maksimum nəticə göstərən Kamran Prezident yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Dövlət Universitetinin Hüquq fakültələri arasında seçim edəcəyini deyir:
“Bu iki universitetdən birini seçəcəm. Yaxınlarım deyir ki, təhsilin keydiyyətinə görə Bakı Dövlət Universitetini seçim”.

Lalə Novruzova da hələ ki kodlaşdırmanı etməyib. Bunu isə o, vaxtın çox olması ilə əlaqələndirib. “Hələ ki vaxta var. Amma fikrim Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinədir”.

İbrahim Əhmədov də seçimi etməyib. Bununla belə, seçiminin ADA Universitetindən olacağını deyir. O, bu universitetin Beynəlxalq münasibətlər fakültəsində təhsil almaq istəyir.

Elçin Qasımovun seçimi ADA Universitetindədir. Amma təhsilin ödənişli olması onu başqa universiteti seçməyə vadar edir. “Bacım da yüksək bal toplayıb. İkimizdə ADA Universitetini seçmək istəyirik. Amma orada yüksək bal toplayanlara bir il güzəşt olur, sonra isə təhsil haqqını ödəməlisən. Bu isə bizim ailəyə çətinlik yaradar. Ona görə hələ ki düşünürük”.

Əli İsgəndərov da ADA Universitetində təhsilin pullu olması səbəbindən ixtisas seçimini gecikdirir. “Müəllimlə məsləhətləşdim. ADA Universitetində oxumaq istəyirəm. Təhsil pulludur deyə qalmışam belə. Universitetdə “açıq qapı” günlərini gözləyirəm. Əgər dövlət sifarişi ilə oxumaq alınarsa, yəqin oranı seçəcəm”.

Nihad Abbasov rayonda olması səbəbindən ixtisas seçimini gecikdirir. Amma o, oxuyacağı yeri dəqiq müəyyən edib - Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi fakültəsi.

Nurlan Məcidov isə digər 700 bal toplayanlardan fərqli olaraq, artıq öz elektron ərizəsini təsdiq edib. O, Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini seçib.

Əli Allahverdiyev avqustun 11-dək vaxtın çox olması ilə əlaqədar hələlik ixtisas seçimini etməyib. “Yəqinki 2-3 gün ərzində elektron ərizəmi təsdiq edəcəm. Seçimim isə Qafqaz Universitetinin Mexanika mühəndisliyi fakültəsi olacaq.

Teymur İsmixanov da ixtisas seçimini gecikdirən 700 bal toplayan abituriyentlərdəndir.
“Böyük ehtimalla ADA Universitetini seçəcəm. Amma ola bilsin ki, ixtisas seçiminə kimi fikrimi dəyişdirdim”.

Firuz Abduyev vaxtın çox olması ilə əlaqədar ərizəsini təsdiq etməyi gecikdirir. Deyir ki, seçim edərkən Qafqaz Universitetinin Kompüter mühəndisliyi fakultəsini qeyd edəcək.

İsa Məmmədlinın seçimi Bakı ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi fakültəsi olsa da, hələ ki elektron ərizəsini təsdiq etməyib.

Asya Mahmudova elektron ərizəsini təsdiq etməməsini seçimi dəqiqləşdirməməsi ilə əlaqələndirib.
“Hər kəs Tibb Universitetinin Müalicə işi fakültəsini yazmağımı istəyir. Amma mən müəllim olmaq istəyirəm. 700 bal topladığım üçün isə hər kəs mənə yaxşı düşünməyimi məsləhət edir. Bir dəfə elektron ərizəmi təsdiq etməyə getdim, Müalicə işi fakültəsini yazacaqdım, amma dəqiq qərar verə bilmədiyim üçün qaldı”.

Arzu Həsənli də 10 gün vaxtın olmasını önə çəkərək, elektron ərizəsini təsdiq etməyi gecikdirir. “Seçimim Bakı Ali Neft Məktəbinin Proqramlaşdırma fakültəsi olacaq”.

Nərmin Əliyeva oxuyacağı universitet və fakültəni hələ dəqiqləşdirməyib. Buna görə ixtisas seçimini gecikdirir.

Xəyalə Əfəndiyeva Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsində oxuyacağını tam dəqiqləşdirib. O yaxın günlərdə elektron ərizəsini də təsdiqləyəcəyini vurğulayıb.

Qeyd edək ki, bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında 15 nəfər 700 bal toplayıb. Onlardan 7 nəfəri I qrup, 3 nəfəri II qrup, 3 nəfəri III qrup, 2 nəfəri isə IV qrup üzrə maksimum nəticə göstərib.



5888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___