Dərmanlara görə 50 minlik cərimə (VİDEO)
Tarix: 01-08-2015 | Saat: 16:12
Bölmə:Karusel / Səhiyyə / M2 / Xəbəraz TV | çapa göndər
Ucuzlaşan dərmanları baha satanlar, alıcıları aldadanları hansı cəza gözləyir?
Dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı qaydaları pozanlara qarşı tədbirlər sərtləşəcək.
Bunu “Hesab Vaxtına” İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətindən bildirilib. Qeyd olunub ki, dərmanların qiyməti ilə bağlı qanunu pozanları 50 min manat cərimə gözləyir.
Qiyməti tənzimlənən dərmanları baha satanlar, yaxud başqa formada vətəndaşları aldadanlar isə daha çox cərimələnəcək.
Sözügedən qurumun şöbə müdiri Mətin Bədəlov açıqlamasında qeyd edib ki, əgər ucuz qiymətə olan dərmanı baha satırsa bu istehlakçının aldadılması, dərman üzərində qiymət göstərilməyibsə bu qiymət intizamının pozulmasıkimi hesablanacaq.
Qiymət intizamının pozulması ilə əlaqədar cərimələr tətbiq olunub. Bu cərimələr fiziki və hüquqi şəxslərə görə dəyişir.
Xatırladaq ki, iyulun 30-da Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılıb.
Şuranın Katibliyindən ANS PRESS-ə verilən məlumata görə, iclasda ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edilib.
Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək.
Həmin tarixdən etibarən Şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz.
Xəbəri paylaş
6678 dəfə oxunub.
Digər xəbərlər

6-07-2016, 21:14
"Recep İvedik 5" gəlir - foto
20-08-2015, 23:46
Britaniya Tehranda səfirlik açacaq?
19-08-2018, 12:52
Müəllimlərin işə qəbulu ilə bağlı - MƏLUMAT
11-06-2020, 13:18
Bu rayonlarda da karantin postları quruldu
26-11-2023, 16:04
Bakıda xanım qohumunun maşınına ciddi ziyan vurdu
11-12-2016, 20:13
Palmira şəhəri İŞİD-in nəzarətinə keçdi
19-07-2016, 12:31
Polad Ələmdar da danışdı - Çevrilişə cəhd
26-02-2017, 22:40
Cəbhədə son vəziyyət
8-07-2017, 19:09
Kişi və qızın yanaraq öldüyü qəza haqda - Rəsmi
22-10-2015, 19:55
Şəkidə qəbirdə qızıl axtaranlar tutuldu - VİDEO