Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nabranda qaçırılan qız-oğlanla bağlı açıqlama
Tarix: 31-07-2015 | Saat: 15:40
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Nabranda qaçırılan qız-oğlanla bağlı açıqlamaİstirahət mərkəzində əlxaqsızlıq yuvası olduğu ehtimal edilir.
Xaçmaz rayon Polis Şöbəsi bəzi xəbər saytlarının bu gecə saat 01 radələrində Xaçmaz rayonu Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birindən 3 nəfərin aparılması barədə yazdıqları xəbərə münasibət bildirib.

Şöbədən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə: “Nabrandakı istirahət mərkəzlərindən birində əxlaqsızlıq yuvası olması barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub.

Hadisə yerinə baxış keçirən nazirlik əməkdaşları əxlaqsızlıqda şübhəli bilinən iki nəfəri və inzibatçını əxlaqsızlıq yuvası işlətməkdə şübhəli bilərək özləri ilə aparıblar. Əməliyyatı da məhz həmin idarə həyata keçirib. Həmin hadisədə heç bir cinayət tərkibi yoxdur” - deyə polis şöbəsindən bildirilib.

Xatırladaq ki, bu gecə Nabrandakı istirahət mərkəzlərinin birində qeyri-adi insident olması barədə “Virtualaz.org” saytı mülki geyimdə olan 20 nəfərə yaxın adamın gecə saat 1-də Xaçmaz rayonu Nabran qəsəbəsindəki istirahət mərkəzlərindən birinə gedərək oradakı otaqların birində istirahət edən gənc oğlanla qızı və həmçinin Elşad adlı inzibatçısını naməlum istiqamətə aparılması barədə məlumat yayıb.


Xəbəri paylaş

1 9108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___