Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
100 ilə yaxın müddətdə çürüməyən cəsəd - Ata ölən qızını necə ölümsüzləşdirdi - VİDEO - FOTOLAR
Tarix: 31-07-2015 | Saat: 15:09
Bölmə:Karusel / M2 / Xəbəraz TV | çapa göndər

100 ilə yaxın müddətdə çürüməyən cəsəd - Ata ölən qızını necə ölümsüzləşdirdi - VİDEO - FOTOLAR
Dünyada H1N1 olaraq tanınan donuz qripinin bir bənzəri olan İspan qripi keçmişdə Avropada 25 milyon can alıb.
Bu xəstlyin qurbanlarından biri də İtalyan general Mario Lombardonun kiçik qızı Rosalia Lombardodur.

1918-ci ildə dünyaya gələn Rosalia 1920 ci ildə ispan qripindən dünyasını dəyişib.

Kiçik qız İspan qripindən həyatını itirərkən, bu ağrıya dözmək atasına çox çətin olub.

Acısını bir az olsun yüngülləşdirmək istəyən general Lombardo, qızını mumiyalayaraq ölümsüzləşdirmək istəyib.

O illər sonra belə qızının sanki yatırmış kimi şüşə tabutda insanlara gülümsəməsini istəyib.

Bu işi edəcək adamı isə İtalyanın Siciliya bölgəsindən tapıb.


Mumiya ustası Dr.Alfredo Salafia kiçik qızı mumiyalayaraq şüşədən olan bir tabutun içinə qoyub..

Ancaq Salafia mumiyalamada necə bir üsuldan istifadə etdiyini kimsəyə açıqlamayıb.

Ustalığının sirrini özüylə birlikdə məzara aparıb.

Hal-hazırda İtalyanın Palermo şəhərində bir muzeydə saxlanılan kiçik qızın necə mumyalandığının sirrini tapmaq üçün arxeoloqlar illərlə araşdırma aparıb.

Amma bu sirri çözmək Palermo Universitetində işləyən arxeoloq Piombino Mascaliyə nəsib olub.

1999-ci ildən bu yana mumiya ustası Salafianın sirri üzərində işləyən Mascali, təsadüfən bir əl yazma əsəri tapıb.

Salafia kiçik qızı necə mumiyaladığını burada detallı şəkildə açıqlayıb. Mascali əlyazmasının tibb tarixində çox əhəmiyyətli bir yerə sahib olduğunu bildirib.

Onun əlyazmasına görə Salafia, Rosalia Lombardonun damarlarına spirt və salisil qarışığı bir maye yeridib.

Mascali tapdığı əl yazması üzərində araşdırmalarına davam edir.



Xəbəri paylaş

8238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___