Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məşhur terrorçu edam edildi
Tarix: 30-07-2015 | Saat: 14:48
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Məşhur terrorçu edam edildi

Hindistanda 1993-cü ildə Mumbai şəhərində silsilə partlayışların təşkil olunmasında günahkar bilinmiş Yaqub Memon edam edilib

Sözü gedən terror aktı nəticəsində 257 insan həlak olub.

Hindistan telekanallarının yaydığı məlumata görə, Memon səhər saatlarında Naqpur şəhərində asılaraq edam edilib.

Ötən həftə Hindistan Ali Məhkəməsi Yaqub Memonun əfv edilmə barədə müraciətini rədd edib. Terrorçu ölüm cəzasına 2007-ci ildə məhkum edilmişdir.

1993-cü ildə Hindistanın Mumbai şəhərində ardıcıl olaraq 13 partlayış törədilib. Terror aktı nəticəsində 250 nəfər həlak olub, minlərlə insan xəsarət alıb. Terrorçular partlayıcı maddələri ictimai yerlərdə saxlanılmış avtomaşınlarda quraşdırıb. Terror aktlarından öncə 1992-1993-cü illərin dekabr-yanvar aylarında Hindistanda müsəlmanlar və hindular arasında qanlı toqquşmalar baş verib.

Hücumun əsas təşkilatçılarından olan Davud İbrahim və edam edilən Yaqub Memonun qardaşı İbrahim Memon hələlik tapılmayıb. Hindistan xüsusi xidmətlərinin məlumatına görə, onlar Pakistan ərazisində gizlənir. (ans)


Xəbəri paylaş

6148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___