Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyada 67 yaşlı manyak qarı 11 nəfəri öldürüb (FOTO)
Tarix: 30-07-2015 | Saat: 11:45
Bölmə:Karusel / M2 / Foto-fakt | çapa göndər

Rusiyada 67 yaşlı manyak qarı  11 nəfəri öldürüb (FOTO)
Rusiyanın Sankt-Peterburq şəhərinin adi, sakinlərinin əksəriyyəti orta təbəqədən aşağı yaşam tərzi sürən Kupçino rayonunda yaşayan 67 yaşlı təqaüdçü Tamara Samsonova indi dünya mediasının "qəhrəman"larından biridir. Adi çoxmərtəbəli panel yaşayış binasındakı mənzilin sakini olan bu qarı 11 adamı qətlə yetirməkdə suçlanır.
Onun qurbanları mənzilində kirayə qalmış şəxslər, habelə əridir.
Milli.Az Fontanka-ya istinadən bildirir ki, Rusiya mediasında "Yeni İzergil qarı" adandırılan nənə cinayətlərindən bəhs etdiyi gündəlik də yazırmış. Özü də üç dildə.
Onun qətlə yetirdiyi insanların hamısının ağciyərləri kəsilərək çıxardılıb.
İlkin versiyalara görə, Tamara Samsonova həmin ağciyərləri ya yeyib, ya da hansısa magik ayinlər üçün istifadə edib.

Polis manyak qarını tam təsadüf nəticəsində həbs edib. İyulun 26-da Sankt-Peterburqun Dimitrov küçəsindəki nohurun sahilində 79 yaşlı Valentina Ulanovanın başı kəsilmiş cəsədi tapılmışdı.
Ertəsi gün polis mərhumun tanışını, 67 yaşlı Tamara Samsonovanı qətldə şübhəli bilərək həbs edib.
Samsonova tanışı Ulanova xəstə olanda ona qulluq edib, onun mənzilində yaşayıb. Videomüşahidə kamerasındakı kadrlara görə, qadını öldürəndən sonra Samsonova onun cəsədini də aparıb atıb.
Həbs olunandan sonra Tamara Samsonova müstəntiqlərin suallarını həvəslə cavablayıb. Bəlli olub ki, bu manyak qadın Vaqanov məktəbini bitirib, əvvəl balerina, sonra aktrisa olub.
Daha sonra o, "Yevropeyskaya" otelində dəhliz qulluqçusu işləyib.
Polisdən verilən məlumata görə, Tamara Samsonova ilk qurbanını 2003-cü ildə öldürüb. Özü də o, cəsədi Valentina Ulanovanın meyidinin tapıldığı Dimitrov küçəsinə, nohurun kənarına atıbmış.
Samsonovanın mənzilində axtarış aparılanda mətbəxdəki plintusun altında qurumuş qan izləri tapılıb.
Köhnə dolabda isə səhifələri cırılmış köhnə, ezoterik-astroloji məzmunlu kitab vardı.
Cırılmış səhifələr 2003-cü ildə tapılmış cəsədin atıldığı kisədəki səhifələrlə eyni məzmunda olub.
Sonda qarının gündəliyi tapılıb. Samsonova qeydlərini rus, alman və ingilis dillərində aparıb.
O, 1990-cı illərin sonlarında gündəlik yazmağa başlamışdı.
Müstəntiqlər gündəlikdə 11 nəfərin qətli ilə bağlı qeydlərin olduğunu bildirirlər.
Öldürülənlərin hamısı Samsonovanın evində kirayə qalanlar idi.
Qarının 2005-ci ildə itkin düşmüş ərinin taleyi də bilinmir. Samsonovanın ərinin ən ölüsü, nə də dirisindən xəbər var.



4938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___