Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Jurnalistə əl qaldıran baş məşqçi istefaya göndərildi
Tarix: 29-07-2015 | Saat: 02:31
Bölmə:Karusel / İdman / Texnologiya | çapa göndər

Jurnalistə əl qaldıran baş məşqçi istefaya göndərildi
"Onun yığma komandaya başçılıq etməsi ədalətsizlik olardı"
CONCACAF kubokunu Meksika millisinə qazandıran baş məşqçi Migel Errera vəzifəsindən uzaqlaşdırılıb.

ANS PRESS-in məlumatına görə, baş məşqçinin istefaya göndərilməsinə səbəb jurnalist Kristiana Martinoliyə əl qaldırması olub.

Meksika Futbol Federasiyasının baş katibi Desio de Mariya açıqlamasında buna belə şərh verib:

“Karyerası ərzində yığma komandayla uğurlar əldə etməsinə baxmayaraq baş məşqçiylə yolları ayırdıq. Onun jurnalistə əl qaldrıması yol verilməz idi. Errera başa düşməliydi ki, jurnalist istənilən halda haqlıdır. Əgər idman yazarı komandanı tənqid edirsə, deməli nəsə problem var. Baxmayaraq ki, Meksika yığması ABŞ-da kubok qazanıb. Jurnalistə əl qaldıran və onu hədələyən mütəxəssisin yığma komandaya başçılıq etməsi ədalətsizlik olardı. Migel Errera bağışlanmaz səhvə yol verib və buna görə də vəzifəsindən azad olunub”.


Migel Errera


Xəbəri paylaş

6808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___