Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bilirəm, qızım çox yaşamayacaq” - VİDEO - FOTOLAR
Tarix: 28-07-2015 | Saat: 18:11
Bölmə:Karusel / M2 / Xəbəraz TV / Aktual | çapa göndər

“Bilirəm, qızım çox yaşamayacaq” - VİDEO - FOTOLAR

Nazı Əliyeva həyata bir addım geridə başlayıb. O, dünyaya gələn gündən xəstəliklərlə mübarizə aparır. Son iki ayda isə heç yeriyə də bilmir. Həkimlərin diaqnozuna görə, xəstəliyi genetikdir və yaş artıqca o, ölümə daha da yaxınlaşır.

Anası Kəmalə xanımın sözlərinə görə, Nazının vəziyyəti son iki ayda daha da pisləşib: “Rusiyada yaşayırdım, 4 gündür vətəndəyəm. Uşaq dünyaya gələndə çatışmazlıq hiss olunurdu, amma xəstəliyi bilinmirdi. 8 yaşında onun nadir rastlanan genetik bir xəstəliyi olduğunu bildik. Həkim xəstəliyin müalicəsinin olmayacağını, 10 yaşına kimi yaşayacağını dedi. Valideyn üçün bundan ağır dərd ola bilərmi?”

Qeyd edək ki, balaca Nazının xəstəliyi, ananın da dediyi kimi, çox nadir xəstəliklərdəndir. İlk dəfə 1922-ci ildə alman həkimləri Qallervorden və Şpats tərəfindən aşkara çıxarılan bu xəstəlik əsasən azyaşlı uşaqlarda rast gəlinir. Və ananın dediyi kimi 100 yox, 1 milyon insanın arasında 1-3-ündə rast gəlinir. Kliniki sindromları eynən balaca Nazıda olduğu kimidir: aşağı ətrafların, əsasən də ayaqların tutulması, anlaşılmaz nitq, əqli kəmlik... Bu xəstələrdə görmə qabiliyyəti də yavaş-yavaş zəifləyir, epilepsiyalar baş verir. Uşaqlar adətən bu xəstəliyə uzağı 10-15 yaşına kimi dözə bilirlər. Çünki, nə təəssüf ki, bu xəstəliyin spesifik müalicəsi yoxdur...

Böyük dərd olsa da, bunu Nazının anası Kəmalə xanım da bilir: “İki aydır ayaqları da tutulub. Həkim deyir nəzarət altında olmalıdır, amma mən onu gözümdən kənara qoya bilmirəm. Bir ümidlə qızımı Azərbaycana gətirmişəm ki, bizə vətənimizdə kömək edən insanlarımız olar”.

Sonda zavallı ana nə istədiyini də dilə gətirdi: “Bilirəm, qızım çox yaşamayacaq, amma son günlərini ağrısız keçirməyini istəyirəm”.

Deməli, balaca Nazıya sadacə ağrıları azaldan dərmanlar lazımdır... Biz də, ana da, yəqin ki, həyatının sönməyinə az qalmış, ancaq danışa bilməyən bu balaca qız da onu istəyir

Biz ananın xahişini yerinə yetirib, onun əlaqə telefonunu saytımız vasitəsilə balaca Nazının ağrılarının azalmasına kömək eləmək imkanında və istəyində olan xeyirxah insanlara təqdim edirik: 055-344-06-51


Xəbəri paylaş

8408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___