Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Maykl Ceksonun oxunmamış mahnıları üzə çıxdı
Tarix: 27-07-2015 | Saat: 12:38
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Maykl Ceksonun oxunmamış mahnıları üzə çıxdı
Amerikalı pop kral Maykl Ceksonun oxunmamış və yarımçıq mahnıları üzə çıxıb.

Bu barədə iddianı Maykl Ceksonun keçmiş səs rejissoru Maykl Durham Prins irəli sürüb.

1995-ci ildən Maykl Ceksonun ölümünə qədər onun səs rejissoru olmuş D.Prins iddia edir ki, onun kompüterində pop starın 20 tamamlanmamış və hələ heç yerdə eşidilməmiş mahnısı var.

D.Prins bildirib ki, onun bu mahnıları buraxmaq hüququ yoxdur, çünki bu hüquq “Sony” səsyazma şirkətinə verilib. Bu mahnıların nə vaxt buraxılacağı şirkətin qərarından asılıdır.

Qeyd edək ki, Maykl Ceksonun ölümündən bir neçə ay sonra “Sony” səsyazma şirkəti ilə 200 milyon dollar dəyərində razılaşma imzalanıb. Razılaşmaya əsasən şirkət 10 il ərzində pop kralın yeni və remiks mahnılarından ibarət 7-ə qədər albom buraxacaq.

Bu albomlardan 2-si indiyə qədər artıq buraxılıb, lakin “Sony” şirkəti növbəti albomların nə vaxt buraxılacağı barədə məlumat verməyib.


Xəbəri paylaş

6158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___