Deputat parlamentdə uşaq əmizdirdi (FOTO)
Tarix: 26-07-2015 | Saat: 13:09
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Qadının iclas zamanı körpəzinə ana südü verməsi zamanı çəkilən fotoları dünyaya yayılıb.
Xeberaz.az xəbər verir ki, Argentina parlamentində çəkilən bir foto dünyanın ən maraqlıları sırasına düşə bilib. ANS PRESS-in məlumatına görə, qadın deputatlardan biri körpəsini iclas zamanı heç kimə fikir vermədən əmizdirib.
37 yaşlı Viktoriya Donda Perez iclasa 8 aylıq qızı ilə birlikdə qatılıb. Körpə acdıqda isə parlamentdə qızğın müzakirələr gedib. Bu zaman çıxış edən Viktoriya heç kimə fikir vermədən həm qucağındakı körpəyə ana südü verib, həm də çıxışına davam edib.
İclasdan çəkilən fotolar yayıldıqdan sonra o dünya miqyasında tanınmış bir şəxsə çevrilə bilib. Lakin onun bu hərəkətinə münasibət heç də birmənalı olmayıb. Çoxları qadının körpəsinin sağlamlığına fikir verdiyini desə də, onu parlamentə uşaq gətirdiyi üçün qınayanlar da az olmayıb.
İnsan haqları müdafiəçisi olan və fəal solçu Perez 2007-ci ildən parlamentdə yer alır. Ö Argentinada qadın haqlarının ən güclü müdafiəçisi kimi tanınır.
Viktoriya Donda Perez qızı ilə
Bundan öncə də adıçəkilən deputat parlamentin iclaslarından özündən danışdıra bilib. Belə ki, iclaslara dərin dekolteli geyimlər geyən Viktoriya radikal çıxışları ilə xalqın sevimli deputatlarından biri ola bilib.
Xatırladaq ki, bənzər hadisə bir neçə il öncə Avropa Parlamentində (AP) də qeydə alınıb. AP italyan millət vəkili Liçiya Ronzulli parlament kürsüsündə 40 günlük körpəsi ilə çıxış edib. 35 yaşlı deputat çıxış edərkən övladı Viktoriyanı şalıyla qucağına bağlayıb. Parlamentarilər Ronzullinin bu hərəkətini təəccüb və təbəssümlə qarşılayıblar.
Xəbəri paylaş
6478 dəfə oxunub.
Digər xəbərlər

7-12-2021, 11:32
Özünü "qul" hesab edən keçmiş nazir müavininin biznesi aşkarlandı
20-05-2022, 10:50
DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT
22-06-2017, 11:04
Erməni oğlanla evlənən Leyla ailə şəkillərini paylaşdı-FOTOLAR
12-03-2015, 14:12
Rusiya və ABŞ Cənubi Qafqazda təhlükəsizlik məsələsini müzakirə etdi
3-04-2016, 17:05
Sarkisyan Almaniyaya gedir
15-11-2021, 11:08
Alimlərdən pandemiyanın sonu ilə bağlı proqnoz
21-11-2017, 12:03
Nadir Qafarzadədən erotik klip
24-10-2022, 10:39
Bakı Avropa Liseyi adlı BAZAR... - Nazirə MÜRACİƏT OLUNDU