Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İki ölkədə Türkiyəyə etiraz
Tarix: 26-07-2015 | Saat: 10:38
Bölmə:Karusel / Dünya / M2 / Araşdırma | çapa göndər

İki ölkədə Türkiyəyə etiraz
Fransa və İraqda Türkiyənin İraqda PKK sığınacaqlarını bombardman etməsi etirazlara səbəb olub.
Fransanın minlərlə insan; Paris küçələrinə toplaşaraq Türkiyənin Şimali İraqda PKK-ya qarşı hava əməliyyatlarına etiraz edib.

ANS PRESS-in məluamtına görə, kütləvi yürüş Türkiyənin Suruc şəhərində çoxu Gənc Sosialistlər Federasiyası üzvləri olan 32 gəncin həyatına son qoymuş terror aktından bir neçə gün sonra təşkil olunub. Parisli etirazçılardan bəziləri Gənc Sosialistlər Federasiyasına bağlı təşkilatların fəalları olub.

Etirazçılar əllərində Suruç teraktı qurbanlarının şəkillərini saxlayıb. Partlayışa görə etirazçıları rəsmi Ankaranı İŞİD qruplaşmasına qarşı lazımınca mübarizə aparmamaqda ittiham edib. Fəallar eyni zamanda Türkiyəni bürümüş həbs dalğasını qınayıb.

“Həyata keçirilən həbslərə diqqət yetirin. Açıq -aydın görünür ki, həbslər İŞİD-ə qarşı deyil, Türkiyədə yaşayan sosialistlərə qarşı yönəlib”, - deyə Gənc Mübarizə təşkilatının üzvü Berfin deyib.

Paris aksiyasında kürd etirazçılar eyni zamanda Ankaranın İŞİD döyüşçülərinin Türkiyə Suriya sərhədindən keçidinə əngəl olmaq üçün lazımı tədbirlər görməməkdə təqsirləndirib.

Türk hava qüvvələrinin eyni vaxtda İŞİD və PKK yaraqlılarına qarşı aviahücumlar keçirməsi fonunda İraqın İrbil şəhərində kürd fəallar Türkiyə hökümətinin bu planına qarşı etiraz aksiyası keçirib.

Nümayişçilər 2 saat ərzində İrbilin küçələrindən keçərək, anti-Türkiyə şüarları səsləndiyib, AKP hökümətini İŞİD terror təşkilatı ilə əlbirlikdə ittiham edib.

Türkiyə przidenti Rəcəb Tayib Ərdoğanı isə faşist adlandırıb. Əllərində bayraqlar və PKK lideri Abdulllah Öcalanın şəkillərini tutan etirazçılar Türkiyə konsulluğu önünə toplanıb.

Etirazçıların dipmissiyasının binasına girməsinə imkan verməmək üçün ərazidə çevik polis alayı hazır vəziyyətdə gözləyib. Aksiya təşkilatçılarından olan Tara Hüsseyn 2 saata yaxın yürüş etmələrinə baxmayaraq, Konsulluğun onların etiraz notasını qəbul etmədiyini iddia edib.

Şənbə günü səhər saatlarından etibarən Türkiyə qırıcıları İraqın Şimali Kürdistan bölhəsindəki PKK düşərgələrinə və Suriyadakı İŞİD mövqelərinə aviazərbələr endirməyə başlayıb.

Türkiyə baş naziri Əhməd Davudoğlu bir gün əvvəl verdiyi mətbuat konfransında, aviareydlərin davam etdiriləcəyini bəyan edib.



5068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___