Erkən nikaha təhriketmə cəzasız qalmayacaq
Tarix: 25-07-2015 | Saat: 13:28
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Erkən yaşda nikaha daxil olanların sayı iki dəfə artıb. Ötən il 229 nəfər vaxtından əvvəl ailə qurmuşdusa, bu ilin statistik göstəricilərində 479 nəfərin adı çəkilir. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin baş məshətəçisi Aynur Veysəlova deyir ki, erkən nikahlara daha çox qızlar öz valideynləri tərəfindən təhrik edilir. Qeydə alınan belə nikahların 77 faizi valideynin istəyi ilə həyata keçirilib. Belə hallar artmaqla yanaşı, miqyası da genişlənib. Psixoloqlar da burada dolayısı yolla valideynlərin məsuliyyət daşıdığını deyirlər. Onların fikrincə, bir çox hallarda uşaqların ailə mühiti onları nəticəni düşünmədən addım atmağa vadar edir. Erkən nikahların artmasında məsuliyyətin kimin üzərinə düşməsindən asılı olmayaraq, cəmiyyət birmənalı şəkildə bunun əleyhinədir. İstər gənc nəslin nümayəndələri, istərsə də orta yaş mənsubları tez evliliyin gətirə biləcəyi xoşbəxtliyə inanmadıqlarını deyirlər. Mütəxəssislər bildirirlər ki, erkən evliliklər real problemlərə gətirib çıxarır. Erkən ailə quranların həm fizioloji, həm də psixoloji vəziyyətləri stabil olmadığından müxtəlif arzuolunmaz sonluqlar qaçılmaz olur. Yaranan problemlərin qarşısını almaq məqsədilə yaxın vaxtlarda «İnzibati xətalar» məcəlləsinə edilən əlavə və dəyişikliklərin tətbiqinə başlanacaq. Bundan sonra öz övladını erkən nikaha təhrik edən hər bir valideyn 4 ilədək azadlıqdan məhrum edilə bilər.
Xəbəri paylaş
6338 dəfə oxunub.
Digər xəbərlər

7-11-2017, 13:42
Aygün Kazımovaya həkim qadağası - maşın sürə, idman edə bilməz
13-07-2016, 18:56
Azərbaycanlı aktrisa bu fotoya görə İnstaqramını bağladı
12-12-2016, 17:17
Gömrük daxilolmaları 66 faiz artdı
11-11-2023, 18:33
"52 minə dediyi saatı satıb özlərinə maşın alsın"
11-12-2021, 11:17
Restoranlar dekabrın 31-i gecə saat 2-dək işləyəcək - Yeni qərar
4-04-2016, 17:12
Məmmədyarovdan beynəlxalq təşkilatların rəhbərlərinə - Məktub
22-04-2015, 18:53
Deputatın oğluna Prezident Administrasiyasında yüksək vəzifə verildi
27-07-2016, 00:12
Şirvandakı partlayış nəticəsində iki nəfər ölüb
28-02-2018, 11:16
15 yaşlı oğlan çərşənbə tonqalından tullanarkən xəsarət aldı