Əhməd Davudoğlu terrorçuları hədələdi
Tarix: 25-07-2015 | Saat: 13:25
Bölmə:Karusel / Siyasət / Dünya / M2 | çapa göndər
Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkədə İŞİD və PKK terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyatlarla bağlı ictimayətə açıqlama verib. Baş nazir Suriyada terrorçuların mövqelərinə Türkiyə hərbi hava qüvvələrinin endirdiyi raket zərbələrindən də danışıb. Ölkənin İstanbul başda olmaqla, İzmir, Bursa, Şanlıurfa, Antaliya, İqdır, Adıyaman, Kocaeli kimi iri 13 şəhərdə İŞİD və PKK terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyatda isə 297 nəfər saxlanılıb. Türkiyənin böyük şəhərlərində İŞİD və PKK terrorçularına qarşı 5 min polis əməkdaşının əməliyyatları davam edir. İstanbulda polisin keçirtdiyi əməliyyatlara etiraz olaraq aksiya keçirmək istəyən qrupla asayiş keşikçiləri arasında toqquşma olub. Nəticədə bir nəfər öldürülüb. Əməliyyata havadan helikopterlərlə də dəstək verilir. Aparılan axtarışlar zamanı 297 nəfər saxlanılıb. Həmçinin çoxlu sayda silah-sursat tapılıb. Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkədə İŞİD və PKK terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyatlarla bağlı açıqlama verərkən bir sıra məsələlərə toxunub. Bildirib ki, Türkiyədə heç kimin üzübağlı və üzərində silah gəzdirmək haqqı yoxdur. Əgər kim buna cəhd edərsə dərhal cəzalandırılacaq. Davudoğlu Suriyada aparılan hərbi əməliyyatlardan da danışıb. Bildirib ki, "Hansı terror təşkilatı, kim, Türkiyə cümhuriyyətinin sərhədlərinə təhlükə yaradacaq niyyətdə olarsa, ikinci bir əmr lazım olmadan lazımi tədbir görüləcəkdir. Bundan heç kimin şübəsi olmasın. Bu arada Diyarbəkirdə naməlum şəxslərin polisə atəş açması nəticəsində bir nəfər asayiş keşikçisi öldürülüb. Digər polis nəfəri isə ağır yaralanıb. Verilən məlumata görə, naməlum şəxs 155 nömrəsinə zəng vuraraq, qəza keçirtdiyni və yardım üçün hadisə yerinə polis patrulunun göndərilməsini xahiş edib. Polis avtomobili göstərilən ünvana gəlib. Polislər maşından düşən kimi terrorçular onlara atəş açmağa başlayıb. Polislərdən biri baş nayihəsindən, digəri ayağından və sinəsindən güllə yarası alıb. Başından güllə yarası alan polis əməkdaşı Tansu Aydın hadisə yerində dünyasını dəyişib, onun həmkarı isə ağır vəziyyətdədir. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub, cinayətkarların tutulmasına iki helikopter cəlb olunub.
Xəbəri paylaş
6158 dəfə oxunub.
Digər xəbərlər

15-09-2022, 11:02
Bakıda gənc üçüncü mərtəbədən yıxılaraq komaya düşüb - FOTO
25-03-2022, 15:40
XOŞ XƏBƏR: Karantin rejimi daha da yumşaldıla bilər - VİDEO
28-10-2017, 11:16
“Xahiş edirəm, fikrimi yayındırmayın” – Qurban Qurbanov
22-02-2017, 16:06
"Evlilik proqramlarındakı qızların yarısı fahişədir, qiymətlərini bilirəm" - video
5-10-2016, 19:59
"Kerrinin ermənilərlə yaxınlığını təsdiq edən faktlar var"
14-03-2017, 11:44
Azərbaycan pasportu ilə daha çox ölkəyə vizasız getmək olacaq
6-09-2018, 10:37
Dərin dekolteli gəlinlik geyinənlər vergi ödəyəcək
22-04-2018, 09:34
Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?
30-03-2017, 13:26
Livan prezidenti rəsmi görüşdə yıxılıb – VİDEO
30-09-2015, 21:04
Azərbaycanlı alim: Yerin fırlanma sürətində dəyişiklik olacaq