Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Külək əsəcək, yağış yağacaq - SABAHIN HAVASI
Tarix: 28-07-2019 | Saat: 12:57
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Külək əsəcək, yağış yağacaq -SABAHIN HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Xeberaz.Az"-a verilən məlumata görə, şimal-qərb  küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu  gecə 22-25°, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz  31-33°  isti  təşkil edəcək. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.   Nisbi rütubət  gecə 60-70 %, gündüz 45-55 %  olacaq.  
Abşeron çimərliklərində gözlənilən  hava şəraitinə gəlincə, sabah şimal-qərb  küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək. 
İyulun 29-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir.  Dağlıq ərazilərdə leysan xarakterli olacağı,  dolu düşəcəyi ehtimalı var.  Gündüz əksər rayonlarda əsasən yağmursuz. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  32-37° isti, dağlarda gecə 12-17° isti,   gündüz  19-24°  isti təşkil edəcək.


Xəbəri paylaş

6468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___