Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Toy edəcəkdilər, dənizdə boğuldu...
Tarix: 26-07-2019 | Saat: 17:16
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Toy edəcəkdilər, dənizdə boğuldu...


Xəzər dənizinə istirahət üçün yollanan 1997-ci il təvəllüdlü Hüseyn Əli oğlu Dadaşov boğulub.
 “Xeberaz.az” xəbər verir ki, hadisə iyulun 24-də Bilgəh çimərliyində baş verib.
Əldə etdiyimiz məlumata görə, həmin gün  Hüseyn Dadaşov qardaşı və iki dostu ilə birgə çimərliyə yollanıb. Suda olan zaman dalğa onların 4-nü də aparıb. Qardaşı və dostlarından biri ətrafdakıların köməyi ilə xilas edilib. Digər dostu isə sudan özü çıxmağı bacarıb. Amma həmin vaxt Hüseyni tapmaq mümkün olmayıb. Bir az keçəndən sonra isə dalğa 22 yaşlı gəncin meyitini suyun üzərinə çıxarıb.
Yaxınlarının verdiyi məlumata görə, Hüseynin sevdiyi qız olub. Anası ona dekabrda toy etməyi planlaşdırırdı.
Qeyd edək ki, “Qafqazinfo”nun əməkdaşları dünən Bilgəh çimərliyindən reportaj hazırlayıb.  Məlum olub ki, sözügedən ərazidə bir müddətdir ki, çimmək qadağandır.


Xəbəri paylaş

1 0198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___