Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
100 kq yararsız ət aşkarlandı - Foto
Tarix: 18-07-2019 | Saat: 13:58
Bölmə:Karusel / İqtisadiyyat / Hadisə / Foto-fakt | çapa göndər

100 kq yararsız ət aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının birgə həyata keçirdiyi monitorinq zamanı Gəncə şəhəri ərazisində Kazımov Babək Vilayəddin oğluna məxsus 20-DN-525 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə 100 kq istehlaka yararsız ət aşkar olunub.
“Xeberaz.Az” xəbər verir ki, vətəndaşa məxsus avtomobilə baxış zamanı avtomobilin yük yerində 1 baş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik göstəricilərinə görə, ətin qansızlaşdırılmasının düzgün aparılmadığı müəyyən edilib.
Ümumi çəkisi 100 kq olan, insan istehlakı üçün istifadəyə yararsız, mənşəyi məlum olmayan ətin ölmüş heyvana məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbəri paylaş

7298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___