Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bunu öz ailəm, mənə inananlar üçün edəcəm" - Mihayloviç
Tarix: 14-07-2019 | Saat: 13:01
Bölmə:Karusel / Dünya / İdman / M2 | çapa göndər

"Bunu öz ailəm, mənə inananlar üçün edəcəm" -Mihayloviç
"Bologna" klubunun baş məşqçisi Sinişa Mihayloviç ağır xəstəliyə düçar olub.
"Xəbəraz.Az" goal.az-a istinadən xəbər verir ki, 50 yaşlı serbiyalı mütəxəssisdə qan xərçəngi aşkarlanıb. O, bunu ötən gün təşkil olunan xüsusi mətbuat konfransında jurnalistlərə açıqlamasında bildirib:
"Məni uzun və çətin müalicə gözləyir. Amma mən təslim olmayacam və bu mübarizədən qalib ayrılacağıma inanıram. Bunu öz ailəm, mənə inananlar üçün edəcəm. Son günlərdə yüzlərlə dəstək məktubu almışam. Amma onları cavablandırmaq imkanım olmayıb. Bu günlər ərzində öz-özümlə qalmaq istədim və xeyli düşündüm. Bunu etiraf etməkdən utanmıram ki, ağladım. Məni çətin mübarizə gözləyir, amma bunu qəbul etməyə hazıram".
Konfransa qatılan "Bologna"nın həkimi bəyan edib ki, Mihayloviçdə aşkarlanan xəstəlik ilkin mərhələdədir və bu, onlara müalicənin uğurla başa çatdırılması üçün inam verir.
Ağır xəstəliyə baxmayaraq, Mihayloviçin baş məşqçi postunda qalacağı və işini davam etdirəcəyi açıqlanıb. Halbuki, konfransdan öncə onun istefa verməyə hazırlaşdığı bildirilirdi.
Mihayloviçin "Bologna" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.



Xəbəri paylaş

4338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___